Alternative content

21:40 18 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edib
Prezident İlham Əliyev Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edib YENİLƏNİB
ANA SƏHİFƏ / Səfərlər
23:32 20.12.2019

Dekabrın 20-də Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Prezident Vladimir Putin görüşdə çıxış etdi.

Rusiya Prezidenti Vladimir Putin MDB dövlət başçılarını salamlayaraq, Böyük Vətən müharibəsində Qələbə münasibətilə tədbirlərin keçirilməsinin qərara alındığını xatırladıb.

Rusiya dövlətinin başçısı İkinci Dünya müharibəsi tarixinin saxtalaşdırılmasının yolverilməz olduğunu bildirib. Qeyd edib ki, bəzi dairələr tarixi saxtalaşdırmağa çalışsalar da, onların cəhdləri boşa çıxacaq. Çünki tarixi faktlar var və onu saxtalaşdırmaq mümkün deyil. Prezident Vladimir Putin ictimaiyyətin bu cür tarixi faktlarla daha yaxından tanış olmasının önəmini vurğulayıb. Tarixi həqiqətləri və ədaləti qorumaq, həmçinin həmin dövrün həqiqətlərinin saxtalaşdırılmasına qarşı çıxmaq üçün arxiv sənədlərinə nəzər salmağın vacibliyini qeyd edən Rusiya Prezidenti bu sənədlərdən faktlar və sitatlar gətirib.

Rusiya Prezidenti İkinci Dünya müharibəsində böyük Qələbənin əldə olunmasında sovet xalqının misilsiz şücaətindən danışaraq bildirib ki, ata-babalarımız bu qələbə uğrunda canlarından keçiblər. Həmin dövrdə Sovet İttifaqının hər bir ailəsi bu və ya digər dərəcədə bu müharibənin ağrılarını hiss edib. Vladimir Putin gələcəkdə İkinci Dünya müharibəsi ilə bağlı həqiqətlərin saxtalaşdırılmaması üçün özündə faktları əks etdirən arxiv materiallarının daha dərindən təhlil olunmasının vacibliyini qeyd edib. Rusiya Prezidenti İkinci Dünya müharibəsində baş verənlərin siyasi məqsədlərlə qeyri-obyektiv təqdim edilməsinin təhlükəli tendensiya olduğunu bildirib.

X X X

Sonra Prezident İlham Əliyev görüş iştirakçıları ilə birgə "1939-cu il II Dünya müharibəsinin başlanması” mövzusunda tarixi-sənədli sərgi ilə tanış oldu.

Sərgidə toplanan arxiv sənədlərinin əsilləri, kinoxronika, fotolar, muzey əşyaları və digər çoxsaylı eksponat irimiqyaslı dünya müharibəsinə gətirib çıxaran hadisələr haqqında məlumat verir. Həm tarixçilər, həm də ən geniş auditoriya üçün nəzərdə tutulan sərgi Rusiyanın Federal Arxiv Agentliyi, Dövlət Hərbi Tarix Arxivi, Xarici İşlər Nazirliyinin tarixi sənədlər departamenti və Prezident Qrantları Fondunun dəstəyi ilə təşkil edilib.

X X X

Dekabrın 20-də MDB dövlət başçılarının qeyri-rəsmi görüşünün iştirakçılarının şərəfinə ziyafət verilib.

Prezident İlham Əliyev ziyafətdə iştirak edib.

X X X

Dekabrın 20-də Prezident İlham Əliyevin Rusiya Federasiyasına səfəri başa çatıb.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM