20 Dekabr 2019 20:11
1271
Elm və texnika
A- A+

Akademik Ramiz Mehdiyevin "Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider" məqaləsinə həsr olunan dəyirmi masa keçirilib


Fəlsəfə İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin "Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider” məqaləsinə həsr olunan dəyirmi masa keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq sözügedən məqalə haqqında iştirakçılara məlumat verib. Bildirib ki, məqalə İlham Əliyev fenomeninin elmi cəhətdən qiymətləndirilməsi baxımından olduqca təqdirəlayiqdir. İ.Həbibbəyli, həmçinin akademik Ramiz Mehdiyevin elmi fəaliyyətinə nəzər salıb, əsərlərindən nümunələr gətirib.

Sonra Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə "Akademik Ramiz Mehdiyevin liderlik fəlsəfəsi təlimi” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, məqalədə liderlik xüsusiyyətləri, həmçinin azərbaycançılıq ideologiyası iqtisadi, mədəni, siyasi və fəlsəfi baxımdan təhlil edilir.

"Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider” əsəri Azərbaycan siyasətşünaslığında yeni istiqamət kimi” mövzusunda məruzə ilə çıxış edən professor Rəna Mirzəzadə isə məqalədə Prezident İlham Əliyevin siyasi portretinin çəkildiyini, yüksək liderlik xüsusiyyətlərinə diqqət yetirildiyini vurğulayıb.

Sonra AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, fəlsəfə üzrə elmlər doktorları - Füzuli Qurbanov, Sakit Hüseynov, Afaq Rüstəmova, Adil Əsədov, fəlsəfə üzrə fəlsəfə doktorları - Eynulla Mədətli, Hüseyn İbrahimov, siyasi elmlər doktoru Qənirə Paşayeva və siyasi elmlər üzrə fəlsəfə doktoru Məmmədağa Sərdarov çıxış edərək mövzu ətrafında fikirlərini bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video