20 Dekabr 2019 17:59
638
DÜNYA
A- A+

Dünyada siqaret çəkənlərin sayı azalır


Dünyada ilk dəfə tütün istifadəçilərinin sayı azalmağa başlamışdır. Bu tendensiyanı Dünya Səhiyyə Təşkilatı (DST) qeyd etmişdir.

Təşkilatın "BMT xəbərləri” saytında dərc edilmiş hesabatından məlum olur ki, dünyada siqaret çəkənlərin ümumi sayı təxminən 60 miyon nəfər azalmışdır: 2000-ci ildə 1,397 milyarddan 2018-ci ildə 1,337 milyardadək.

Eyni zamanda kişilər arasında tütün istifadəçilərinin sayının artması dayanmışdır. Ekspertlərin proqnozlarına əsasən, 2020-ci ildə ötən ilin göstəriciləri ilə müqayisədə siqaret çəkən kişilərin sayı 1 milyon nəfər azalıb 1,091 milyard nəfər təşkil edəcək. 2025-ci ildə isə azalma 5 milyon təşkil edib 1,087 milyarda çatacaq.

Hesabatda qeyd olunur ki, ən çox siqaret Cənub-Şərqi Asiyada çəkilir – 15 yaşdan yuxarı əhalinin təxminən 45 faizi. Avropada isə bütün əhalinin 26 faizi tütündən istifadə edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video