Alternative content

21:38 23 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xalq rəssamı Cəmil Müfidzadə vəfat edib
Xalq rəssamı Cəmil Müfidzadə vəfat edib
ANA SƏHİFƏ / Mədəniyyət
15:48 20.12.2019

Görkəmli qrafika ustası, Azərbaycanın Xalq rəssamı, professor Cəmil Müfidzadə dekabrın 20-də ömrünün 86-cı ilində vəfat edib.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Cəmil Müfidzadə 1934-cü il fevralın 24-də Naxçıvanın Ordubad rayonunda anadan olub. O, 1948-1955-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. Rəssamın diplom işi "Ümumittifaq sərgisinə eksponatların yola salınması” adlı rəngkarlıq əsəri olub. O, daha sonra Ukraynada Kiyev Orta Rəssamlıq Məktəbini (1955-1956), Xarkov Dövlət Rəssamlıq İnstitutunun Qrafika fakültəsinin tələbəsi (1959-1962) olub. Cəmil Müfidzadənin növbəti diplom işi "Neft daşları” mövzusunda çəkdiyi rəngli ofortlar silsiləsidir.

O, tələbəlik illərində həm Azərbaycan, həm də Ukraynada təşkil olunmuş müxtəlif sərgilərdə iştirak edib. Rəssamın işlədiyi "Doğma düzənlər” ofort silsiləsi 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü çərçivəsində təşkil olunmuş təsviri sənət sərgisində nümayiş olunub. O, 1961-ci ildə III Ümumittifaq sərgisində (Moskva) "Qaldırıcı kranlar təmirdə” adlı ofort ilə iştirak edib.

Cəmil Mufidzadə qrafika sənətinin fərqli texnikalarından yaradıcılıqla istifadə edib. Rəssamın ksilloqrafiya texnikasında işlədiyi "Bakı albomu” (1962-1966), "Neft Daşları” (1965), "Qala divarları”(1966), "Parkda” (1966), "Qız qalası” (1966), "Xəzər üzərində axşam” (1966), "Romantiklər” (1966), "Damda” (1966) və s. əsərlərinin adlarını qeyd etmək olar. Rəssamın yaradıcılığında "İçərişəhər” (1965-2000) silsiləsi xüsusi yer tutur. Onun qarışıq texnikada işlədiyi ilk dörd əsəri 1967-ci ildə Bakıda təşkil olunan respublika sərgisində "Azərbaycanın qədim memarlıq abidələri” adı ilə nümayiş olunub. Cəmil Müfidzadənin qarışıq texnikada çəkdiyi "Abşeron nefti” silsiləsi 1967-1975-ci illəri əhatə edir.

Cəmil Müfidzadə Azərbaycanın unikal yaşayış məkanlarından Xınalığa həsr etdiyi (1980-1990) silsiləsi yaradıcılığında mühüm yer tutur.

Rəssamın "Monqolustan torpağında” (1982-1986) silsiləsində Qobi səhrasının dəvəli mənzərələri geniş yer alıb.

Rəssamın Polşa, Azərbaycan, Rusiya, İran, Fransa və Türkiyədə fərdi sərgiləri təşkil olunub.

Cəmil Müfidzadənin əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Şərq xalqları Dövlət İncəsənət Muzeyində (Moskva), Maksim Qorkinin mənzil-muzeyində (Moskva), P.Lüdviqin muzeyində (Almaniya), Ulan-Bator İncəsənət Muzeyində (Monqolustan), Fransa və digər ölkələrin şəxsi kolleksiyalarında qorunub saxlanılır.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Qrafika” kafedrasına rəhbərlik edən Cəmil Müfidzadə "Ofort” adlı dərsliyin müəllifidir. Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə fırça ustası 1982-ci ildə Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.

Allah rəhmət eləsin!


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM