Alternative content

23:52 26 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
18:04 26.02.2020 Sükut dəqiqəsi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təhsil naziri: Bu il işə qəbulla bağlı 55 minədək müəllim elektron qeydiyyatdan keçərək müraciət edib
Təhsil naziri: Bu il işə qəbulla bağlı 55 minədək müəllim elektron qeydiyyatdan keçərək müraciət edib
ANA SƏHİFƏ / Təhsil
23:10 19.12.2019

Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası ilə bağlı Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər sırasında təhsildə müəllim amili, müəllim peşəsinin cəmiyyətə nüfuzu məsələləri xüsusi önəm kəsb edir. Bu istiqamətdə çox yaxşı nəticələrimiz var. Müəllimlik peşəsinə üz tutanların sayında ilbəil artım müşahidə edirik. Bu il yay aylarında mərkəzləşdirilmiş qaydada işə qəbul kampaniyasında rekord sayda – 55 minədək insanın elektron qeydiyyatdan keçərək müraciət etməsinin şahidi olduq. Müraciətlərin sayı son beş ildə 4 dəfəyədək artıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Təhsil naziri Ceyhun Bayramov Şəki şəhərindəki 11 saylı tam orta məktəbin yeni binasının açılış mərasimində jurnalistlərə müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrini təhlil edərkən məlum olub ki, imtahanlarda 500 baldan yuxarı nəticə göstərən hər 4 məzundan biri ixtisas seçərkən ilk sırada müəllimlik peşəsini qeyd edib.

Təhsil naziri bildirib ki, son illərdə işə qəbul imtahanları nəticəsində 30 minədək gənc müəllim ölkənin müxtəlif bölgələrində fəaliyyətə başlayıb. Həmin gənc müəllimlər fəallığı ilə seçilirlər. Onların təşəbbüsü ilə bir il əvvəl Azərbaycan Gənc Müəllimlər Assosiasiyası da yaradılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM