Alternative content

12:37 22 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
11:25 22.09.2020 Birjalarda neftin qiyməti
00:20 22.09.2020 Qəhrəmanlıq nümunəsi
00:16 22.09.2020 BİLDİRİŞ
00:16 22.09.2020 BİLDİRİŞ
00:16 22.09.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mədəniyyət naziri bir sıra ölkələrdəki Azərbaycan icmalarının təmsilçiləri ilə görüşüb
Mədəniyyət naziri bir sıra ölkələrdəki Azərbaycan icmalarının təmsilçiləri ilə görüşüb
ANA SƏHİFƏ / Mədəniyyət
22:57 19.12.2019

Dekabrın 19-da Mədəniyyət naziri Əbülfəs Qarayev bir sıra ölkələrdəki Azərbaycan icmalarını təmsil edən nümayəndələrlə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş Azərbaycan Respublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə diaspor quruculuğu istiqamətində həyata keçirilən fəaliyyət çərçivəsində xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və onların ölkəmizin ümumi maraqlarının müdafiəsinə cəlb edilməsi məqsədilə həyata keçirilən "Liderliyin İnkişaf Proqramı” layihəsi çərçivəsində gerçəkləşib.

Proqram çərçivəsində Almaniya, Fransa, Türkiyə, Ukrayna və Gürcüstandakı Azərbaycan icmaları nümayəndələrinin ölkəmizə səfəri təşkil olunub.

Nazir Əbülfəs Qarayev "Liderliyin İnkişafı Proqramı” layihəsini yüksək qiymətləndirdiyini bildirərək nümayəndə heyətinə uğurlar arzulayıb. Bu istiqamətdə aparılan işlərə Mədəniyyət Nazirliyi tərəfindən dəstək göstəriləcəyini diqqətə çatdırıb. Nazir qeyd edib ki, informasiya texnologiyaları vasitəsilə Azərbaycan mədəniyyəti haqqında məlumatların daha geniş auditoriyaya çatdırılması istiqamətində diasporla birgə iş aparılmalıdır.

Ölkəmizdə yeni inkişaf mərhələsində olan kreativ mədəniyyət sənayesi sahəsində Almaniya, Fransa, Türkiyə, Ukrayna və Gürcüstanın böyük potensialının olduğunu vurğulayan nazir bu istiqamətdə görülən işlərdə birgə əməkdaşlığın önəmindən bəhs edib.

Nümayəndə heyəti səmimi qəbula görə Əbülfəs Qarayevə təşəkkürünü bildirib. Görüş təklif olunan layihələr üzrə fikir mübadiləsi ilə davam edib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM