19 Dekabr 2019 22:51
1387
Təhsil
A- A+

Oğuz rayonunun Padar kənd tam orta məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib

Dekabrın 19-da Oğuz rayonunun Padar kəndində 460 şagird yerlik məktəb binası əsaslı təmirdən sonra qapılarını şagird və müəllimlərin üzünə açıb.

Məktəbin təmirdən sonra açılışı münasibətilə keçirilən mərasimdə Təhsil naziri Ceyhun Bayramov, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, rayon təhsil şöbəsinin müdiri Anar Məcidov, kənd sakinləri və məktəbin kollektivi iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, respublikamızın qocaman təhsil ocaqlarından olan Padar kənd məktəbi 1883-cü ildə ikiillik məktəb kimi fəaliyyətə başlayıb. Məktəbin 460 şagird yerlik hazırkı binası isə 1988-ci ildə inşa edilib. Məktəb binası 2015-ci il sentyabrın 4-də bölgədə baş vermiş zəlzələ zamanı qəzalı və yararsız vəziyyətə düşüb. Təhsil Nazirliyi tərəfindən məktəbdə bərpa-gücləndirmə və əsaslı təmir işləri aparılıb. Məktəb müasir inventar və avadanlıqla təmin olunub.

Şəhid Arzu Əliyevin adını daşıyan məktəbdə hazırda 318 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 39 müəllim məşğul olur. Müəllimlərin 82 faizi ali təhsilli pedaqoji kadrlardır. 2018-2019-cu tədris ilində məktəbi bitirən məzunlardan bir nəfər ali məktəblərə qəbul imtahanlarında 600 baldan, 3 nəfər 500-dən, 3 nəfər isə 400 baldan yuxarı nəticə göstərib.

Məktəblə tanışlıqdan sonra Təhsil naziri Ceyhun Bayramov müəllimlərlə görüşüb, onlara tövsiyələrini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video