Alternative content

12:04 22 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
11:25 22.09.2020 Birjalarda neftin qiyməti
00:20 22.09.2020 Qəhrəmanlıq nümunəsi
00:16 22.09.2020 BİLDİRİŞ
00:16 22.09.2020 BİLDİRİŞ
00:16 22.09.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ceyhun Bayramov: Bu il Azərbaycanda 84 yeni məktəb binası tikilib və əsaslı təmir olunub
Ceyhun Bayramov: Bu il Azərbaycanda 84 yeni məktəb binası tikilib və əsaslı təmir olunub
ANA SƏHİFƏ / Təhsil
22:45 19.12.2019

Təhsil müəssisələrinin maddi-texniki bazasının müasirləşdirilməsi, yeni məktəb binalarının tikintisi və əsaslı təmir edilməsi ölkə rəhbərliyinin hər zaman diqqət mərkəzindədir. Azərbaycan Prezidentinin sərəncamlarına, eyni zamanda, Dövlət İnvestisiya Proqramına əsasən Təhsil Nazirliyinin sifarişi ilə təkcə 2019-cu ildə Azərbaycanda 84 yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Bu məktəblərin əksəriyyəti yeni tədris ilinin başlanğıcında müəllim və şagirdlərin ixtiyarına verilib. Digərləri də proqramda nəzərdə tutulan şərtlərə uyğun olaraq dekabrın sonunadək istifadəyə verilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Təhsil naziri Ceyhun Bayramov Şəki şəhərindəki 11 saylı tam orta məktəbin yeni binasının açılış mərasimində jurnalistlərə müsahibəsində məlumat verib.

Ceyhun Bayramov deyib ki, təhsil müəssisələrinin maddi-texniki bazasının müasirləşdirilməsi və yenilənməsi sahəsində görülən işlər barədə danışarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahədə xidmətlərini xüsusi qeyd etmək lazımdır. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən bu il onlarla yeni məktəb binasının tikintisi və əsaslı təmiri işləri aparılıb.

Təhsil naziri bildirib ki, ümumilikdə, 2003-cü ildən indiyədək, 2019-cu il də daxil olmaqla, Azərbaycanda 3300-dək yeni məktəb binası tikilib və ya əsaslı təmir edilib. Regionların, həmçinin Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına əsasən ölkənin təhsil ocaqlarının müasirləşdirilməsi istiqamətində tədbirlər növbəti illərdə də davam etdiriləcək.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM