19 Dekabr 2019 16:51
702
DÜNYA
A- A+

Donorlar qaçqınlara 7,7 milyard dollar ayıracaqlar

Cenevrədə Qaçqınların Məsələləri üzrə Dünya Forumunda donorlar qaçqınlara yardım üçün 7,7 milyard dollar vəsait ayırmağı vəd etmişlər. Bu barədə BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarının İdarəsi məlumat vermişdir.

İdarədən bildirmişlər ki, bu məbləğin 4,7 milyard dolları Dünya Bankı tərəfindən veriləcək. Həmin vəsait qaçqınları qəbul edən ölkələrdə iş yerlərinin yaradılmasına və özəl sektorun stimullaşdırılmasına sərf ediləcək. 1 milyard dollar Amerikaarası İnkişaf Bankından daxil olacaq. Bundan əlavə, onlarca dövlət və digər maraqlı tərəflər qaçqınlara və onları qəbul edən ölkələrə 2 milyard dollardan çox məbləğdə maliyyə yardımı edəcək.

Son məlumata görə, dünyada 25,9 milyon qaçqın var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video