19 Dekabr 2019 16:51
611
DÜNYA
A- A+

ABŞ Nümayəndələr Palatası Trampın impicmentinə səs verdi

ABŞ-ın Nümayəndələr Palatası ölkə Prezidenti Donald Trampın impicmenti prosedurunun başlamasına səs vermişdir. Müvafiq qərarın "hakimiyyətdən sui-istifadə etmə” bəndini 230 deputat (əleyhinə 197), "Konqresin təhqiqatına maneçilik” bəndini isə 229 deputat (əleyhinə 198) dəstəkləmişdir. Bundan sonra prosedur Senatdan keçməlidir. Parlamentin yuxarı palatası Respublikaçılar Partiyasının nəzarətində olduğundan senatorların impicmenti dəstəkləmək ehtimalı sıfıra yaxındır.

Səsvermə ərəfəsində Tramp demokratların təşəbbüsü ilə həyata keçirilən impicment prosesini qanunsuz, partizansayağı çevriliş cəhdi kimi qiymətləndirmişdir. Onun fikrincə, impicment ideyasını fəal dəstəkləyən Demokratlar Partiyasının nümayəndəsi Nensi Pelosi və onun həmfikirləri gələn ilin noyabrında keçiriləcək seçkilərdə "cəzalandırılacaqlar”.

ABŞ tarixində Prezidentin impicmenti proseduru iki dəfə - 1868-ci ildə Endrü Conson və 1998-ci ildə Bill Klinton barəsində keçirilmişdir: Hər iki iş Senatda məğlubiyyətə uğramışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video