19 Dekabr 2019 00:33
855
Mədəniyyət
A- A+

Ruminin irsinə töhfə


İslam dünyasının dahi mütəfəkkiri Mövlanə Cəlaləddin Ruminin vəfatının 746-cı ildönümü münasibətilə Konya şəhərində "Həzrət Mövlanə və mədəniyyətlərdə vəfa” mövzusunda beynəlxalq konfrans keçirilib.

Türkiyə Respublikası Səlcuq Universiteti Mövlanə Tədqiqatlar Mərkəzi ilə Atatürk Mədəniyyət Mərkəzinin birgə təşkil etdiyi konfransa Azərbaycanla yanaşı, bir çox xarici ölkələrdən alimlər qatılıblar. Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, AMEA Fəlsəfə İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov da tədbirdə iştirak edib.

Atatürk Mədəniyyət Mərkəzinin direktor müavini Adem Uzunun açılış nitqi ilə başlayan konfrans, daha sonra Mövlanə Araşdırmaları İnstitutunun müdiri, professor Ali Temizel, Səlcuq Universitetinin rektor müavini, professor Ahmet Kaan Karabulut, professor Kadir Güldiken və Konyanın millət vəkili professor Hacı Ahmet Özdemirin "Həzrət Mövlanə və mədəniyyətlərdə vəfa” məzmunlu məruzələri ilə davam edib.

Dosent Anar Qafarov "Əxlaqın mənbəyi müstəvisində Mövlanə yaradıcılığının təhlili” mövzusunda məruzə edib. O, məruzəsində Mövlanənin əxlaq düşüncəsini metafizik, epistemoloji, psixoloji və sosioloji aspektlərdən analiz edib, əxlaqın mənbəyi problemini fəlsəfi və dini müstəvidə şərh edib. Mövlanə Cəlaləddin Ruminin ağıl-vəhy münasibətlərinə yanaşmasını təhlil edərək, dahi mütəfəkkirə görə əxlaqi propozisiyaların mənbəyi problemini metafizik, epistemoloji və psixoloji müstəvidə müzakirə obyektinə çevirib.

Dosent A. Qafarov məruzəsi əsnasında Mövlanənin "Divani-Kəbir”, "Məsnəvi” və "Fihi ma fih” adlı əsərlərində yer alan bir neçə metaforadan nümunələr gətirib.

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video