18 Dekabr 2019 23:03
846
Mədəniyyət
A- A+

Şamaxıda təşkil edilən “Cırtdan və sehrli xalat” ailəvi meqa-şousu balacalara sevinc dolu anlar yaşatdı


Dekabrın 18-də Şamaxı Olimpiya Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Cırtdan və sehrli xalat” ailəvi meqa-şousu minlərlə uşaq və onları müşayiət edən valideyn tərəfindən böyük maraqla qarşılanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, meqa-şou Azərbaycanın milli nağıllarının personajları əsasında hazırlanıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan bu layihə balacaları nənələrindən eşitdikləri nağılların əsrlərdən bəri unudulmayan qəhrəmanları ilə bir daha yaxından tanış edir, Cırtdanın macəralarını, qara qüvvələrin pis əməllərini seyr edərək onlarda yaxşılıq, xeyirxahlıq kimi gözəl insani keyfiyyətləri dəyərləndirmək kimi humanist xarakterin formalaşmasına kömək edir.

Tədbirdən əvvəl meqa-şounun rejissoru İlham Qasımov jurnalistlərə müsahibəsində deyib: "Cırtdan nağıllar aləminin premyerası uğurla keçdi. Leyla xanım Əliyevanın təklifi ilə şounun bütün Azərbaycanda göstərilməsi qərara alındı. Bu məqsədlə biz 20 nəfərlik qrupla işə başladıq və Azərbaycanın şəhərlərini gəzməyə başladıq. İlk olaraq şounu Qusarda göstərdik. İki gün ərzində altı seans keçirdik və hər seansda 2600 nəfər iştirak edirdi. Bu gün isə Şamaxıdayıq. Ümidvaram ki, şou burada da çox möhtəşəm keçəcək”.

Layihənin əsas məqsədi ondan ibarətdir ki, uşaqlarımız öz sevimli nağıllar dünyamızdan, onların personajlarından məlumatlı olsunlar.

Bir gündə üç seansda təqdim olunan meqa-şouda onlarla aktyor, o cümlədən İlqar İbrahimov (Cırtdan), Nuranə Hüseynova (Tıq-tıq xanım), Cümşüd Zeynalov (Div), Şamil İbrahimli (Məlikməmməd), Firuzə Balayeva (İfritə), Ramil Məmmədov (İfrit) və başqaları çıxış edib. Qara qüvvələrə öz xeyirxahlığı ilə qalib gələn Cırtdan tamaşaçılarda gözəl hisslər yaradıb. Göydən düşən ulduzlar, səmada pərvaz edən pərilər Cırtdanla birlikdə tamaşaçıları sehrli aləmə aparıb. Sonda qara qüvvələr tərəfindən sehrlənən yeni il geri qaytarılır.

AZƏRTAC-ın bölgə müxbirinə meqa-şouya maraqla baxdığını bildirən Çarhan kənd sakini, 10 yaşlı Kəmalə Musazadə dedi: "Mən bu tamaşanı çox sevdim. Sanki keçmişdə idim, Cırtdanın yanında. Bu günü bizə yaşadanlara təşəkkür edirəm”.

Həmyəli kəndindən olan V sinif şagirdi Səfiyə Orucova da tamaşadan təsirləndiyini söylədi: "Elə bil nağıllar aləmində idim. Cırtdanı çox sevdim. Onun kimi gözəl, xeyirxah olacağam”.

Nəvəsi ilə tamaşaya baxan Göylər kənd sakini, 62 yaşlı Mərfuyə Rəhimova dedi: "Aktyorlar gözəl oynayırdılar. Təkcə balacalar yox, mənim üçün də çox maraqlı oldu. Uşaqlıqdan bəri unutmadığımız nağıllarımızı bir daha xatırladıq. Uşaqlığım yadıma düşdü. Belə gözəl layihəyə görə Leyla Əliyevaya təşəkkür edirik”.

Meqa-şouya beş yaşlı nəvəsi ilə gələn 69 yaşlı Mirqasım Süleymanov tamaşa ilə bağlı təəssüratlarını bölüşərək bu layihənin Cırtdan, Məlikməmməd kimi gözəl nağıl qəhrəmanları ilə uşaqların yaxından tanışlığına imkan yaratdığını bildirdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video