18 Dekabr 2019 17:50
684
DÜNYA
A- A+

Fransada etirazlar səngimir


Fransada hökumətin planlaşdırdığı pensiya islahatına qarşı etiraz aksiyaları bərpa olunmuşdur. Ölkədə dekabrın 5-də başlamış genişmiqyaslı ümumxalq tətili də davam edir. Bu barədə "Farns Press” agentliyi xəbər verir.

Parisdə həmkarlar ittifaqlarının çağırışı ilə Respublika meydanından Millət meydanınadək yürüş baş tutmuşdur. Aksiya iştirakçıları ilə polis arasında toqquşmalar baş vermişdir. Nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə olunmuşdur.

Paytyaxtın polis idarəsindən verilən məlumata görə, təhlükəsizlik qüvvələri 30 etirazçını saxlamışdır.

Ölkənin bir neçə şəhərində nümayişçilər yolları bağlamışlar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Fransada keçirilmiş aksiyalarda 615 min nəfər iştirak etmişdir. Onlardan 76 mini Parisin küçələrinə çıxmışdır.

Öz növbəsində Həmkarlar ittifaqları bildirir ki, etirazlarda 1,8 milyon nəfər iştirak etmişdir. Onlardan 350 mini Parisdə nümayişlərə qatılmışdır.

Hökumət əleyhinə kütləvi nümayişlərin iştirakçıları hökumətin planlaşdırdığı pensiya islahatından narazıdırlar. İslahat nəticəsində bir neçə peşə nümayəndələri daha tez pensiyaya çıxa bilməyəcək, yaxud yüksək ödənişlər almayacaqlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video