18 Dekabr 2019 17:48
720
DÜNYA
A- A+

Qırğızıstan-Tacikistan sərhədində yeni münaqişə qızışır


Qırğızıstanla Tacikistanın sərhədində növbəti böhranlı vəziyyət yaranmışdır. Dünən baş vermiş hadisə zamanı Qırğızıstan DİN Daxili qoşunlarının hərbi qulluqçusu və yerli sakin Tacikistan tərəfindən kiçik kalibrli silahdan açılmış atəşlərlə yaralanmışlar. Qırğızıstanın Səhiyyə Nazirliyindən verilən məlumatına görə, Batken vilayət xəstəxanasına qapalı kəllə-beyin xəsarətləri ilə daha 4 nəfər daxil olmuşdur.
"Alman dalğası” radiostansiyasının xəbərinə görə, sərhədyanı Kok-Taş kəndində iki ölkənin onlarca sakini bir-birini təhqir etmişdir. Bundan sonar Qırğızıstanın 80 vətəndaşı və Tacikistanın 100 vətəndaşı bir-birlərinə daş atmağa başlamışlar.
Qırğızıstanın Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə iki ölkənin sərhəd xidmətlətrinin nümayəndələri, vilayət administrasiyalarının rəhbərləri və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlmiş və münaqişənin həlli üçün danışıqlar keçirmişlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video