17 Dekabr 2019 15:07
691
Mədəniyyət
A- A+

Bölgələrdə vətəndaşlarla növbəti görüş


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, dekabrın 17-də Mədəniyyət naziri Əbülfəs Qarayev Saatlı rayonunda, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Hacıqabul rayonunda vətəndaşlarla görüşüb.

Qəbullardan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə tər çiçək dəstələri düzülüb.

AZƏRTAC xəbər verir ki, nazir Əbülfəs Qarayev Saatlı rayon Mədəniyyət Mərkəzində Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib. Görüşdə sakinlər tərəfindən region muzeylərində qorunan qiymətli eksponatlar haqqında nəşrlərin hazırlanması, Bakı şəhərində fəaliyyət göstərən teatrlarda istifadə olunmayan geyimlərin bölgələrdəki mədəniyyət mərkəzlərinə verilməsi, "Adıgün” xalq folklor kollektivinin (Saatlı rayonu) 50 illiyi münasibətilə mükafatlandırılması, kitabxanaların uşaq ədəbiyyatı, musiqi məktəbinin musiqi alətləri ilə təchizatına dair müraciətlər səslənib.

Qəbulda həmçinin Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində mədəniyyət sahəsi üzrə ixtisasların açılması, "Kitab karvanı” layihəsinin regionlarda mütəmadi olaraq keçirilməsi, Saatlı Dövlət Rəsm Qalereyasının fondunun zənginləşdirilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər edilib.

Nazir müavini Rafiq Bayramovun Hacıqabuldakı Heydər Əliyev Mərkəzində keçirdiyi qəbulda rayon sakinlərinin müraciətləri uşaq musiqi məktəblərində ustad dərslərinin təşkili, gənc mədəniyyət işçilərinin rəsm, milli rəqs, teatr sahələri üzrə bacarıqlarının üzə çıxarılması məqsədilə kurslara ezam olunması, kitabxana fondlarının uşaq ədəbiyyatı ilə komplektləşdirilməsi, uşaq musiqi məktəblərinə musiqi alətlərinin verilməsi və digər məsələlərlə bağlı olub.

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin də iştirak etdiyi görüşlərdə bütün müraciətlər dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb. Bəzi müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həll olunması məqsədilə müvafiq tapşırıqlar verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video