17 Dekabr 2019 02:51
900
Təhsil
A- A+

İlahiyyat İnstitutunda “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmi nümayiş olunub


Azərbaycan İlahiyyat İnstitutunun tələbələri (Aİİ) "Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmini izləyiblər.

Sənədli film Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanıb.

Ulu Öndər Heydər Əliyevin Azərbaycanın milli-mənəvi dəyərlərinə yüksək həssaslıqla yanaşmasından, bu sahədə göstərdiyi misilsiz xidmətlərdən bəhs edən sənədli filmdə keçmiş sovet dövründə və müstəqillik illərində milli və dini dəyərlərimizin, eləcə də adət-ənənələrimizin qorunması, xalq arasında təbliği və təşviqi istiqamətində görülən işlər xronoloji ardıcıllıqla təqdim olunur.

Sənədli filmdə ölkəmizdə 1969-cu ilin 14 iyulunadək olan dövrdə ictimai-siyasi vəziyyət, milli-mənəvi dəyərlərimizin məhv edilməsi istiqamətində edilən hücumlar təsvir olunur və Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra baş vermiş dəyişikliklərdən danışılır.

"Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Xalq şairi Nəriman Həsənzadə, Xalq artistləri Əlibaba Məmmədov və Mənsum İbrahimov Ulu Öndər haqqında indiyədək səslənməyən xatirələrini bölüşüblər. Sənədli filmdə müxtəlif dövrləri özündə əks etdirən videoxronikalardan və arxiv materiallarından istifadə olunub.

Qeyd edək ki, Aİİ-də təşkil edilən tədbirlərin məqsədi tələbələrin dünyagörüşünün formalaşdırılmasına, intellektual səviyyəsinin yüksəldilməsinə, mənəvi dünyasının zənginləşdirilməsinə, vətənpərvərlik hisslərinin gücləndirilməsinə, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanmasına, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsinə töhfə verməkdir.

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video