Alternative content

08:47 02 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
00:36 02.06.2020 Qədim türk inancları
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Abidələr: tarixin “yaddaş kitabları”
Abidələr: tarixin “yaddaş kitabları”
ANA SƏHİFƏ / Mədəniyyət
02:50 17.12.2019


Qarabağın işğal altında qalan ərazilərində maddi mədəniyyət nümunələri də erməni vandalizminin qurbanlarına çevrilib


Dövrün daşlaşmış səhifələri kimi, abidələr, qalalar zamanın "danışan tarix”inə çevrilir, minilliklərdən soraq verir. Bu mənada hər bir xalqın varlığını sübut edən tarixi yadigarlar içərisində abidələrin özünəməxsus yeri və rolu danılmazdır.

Çünki onların meydana gəlməsinə qədər əsrlər, min illər keçib. Zaman-zaman dəyişilən ictimai-iqtisadi formasiyalar, mədəniyyətlərin qovuşması, yaxud ayrılması bu tarixi şahidlərin sinəsinə həkk olunub. Ona görə də abidələrin mühafizəsi labüddür.

Xalqımızın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz bir parçasıdır. Məhz elə buna görə də çoxəsrlik tarixi keçmişimizdən yadigar qalan mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edir. Onların bəşəri dəyərini nəzərə alan UNESCO-nun Dünya İrs Komitəsi tərəfindən nəşr olunan "Dünya İrs” jurnalı İçərişəhər, Şirvanşahlar sarayı və Qız qalasının qurumun təhlükədə olan irs siyahısından çıxarılması barədə məqalə dərc edib. Burada abidələrin mühafizəsi sahəsində Azərbaycanın əldə etdiyi uğurlar da yüksək qiymətləndirilib.

Tarixi tədqiqatlar təsdiqləyib ki, Azərbaycan bəşər sivilizasiyasının ilk meydana gəlmiş ərazisində yerləşir. Ulu babalarımız çox dəyərli maddi mədəniyyət nümunələri yaratmışlar ki, onlar respublikamızın ərazilərində yetərincə qeydə alınmışdır. Bu abidələr hər bir xalqın və ya millətin tarixi, mədəniyyəti, bir sözlə, keçdiyi təkamül və inkişaf yolunun bariz sübutudur.

Maddi mədəniyyət abidələri ilə yanaşı, dini xarakterli məbədlər də bu yerlərin tarixinin qədim və zənginliyini özündə əks etdirir. Qobustan qayalıqları ilə Azıx mağarasında ilk insanın əl işlərinin dövrümüzədək gəlib çıxmasında məhz təbii coğrafi amil əsas rol oynayıb. Qobustanda aşkar edilmiş mağaralar və digər sığınacaqlar, memarlıq abidələri də sübut edir ki, bu yerlər sivilizasiyaların qovuşaraq yaratdığı mədəniyyətin beşiyi, yəni ilk insan məskənlərindəndir.

Manna və Atropatena dövlətlərinin mədəniyyət abidələri, müdafiə tikililərinin - qalaların, yolüstü karvansaraların, Urmiya gölü ətrafındakı sərdabələrin tədqiqi göstərir ki, hələ altıncı yüzillikdə bu yerlərdə yaşayış mədəniyyəti o həddə çatıb ki, hətta eyvanlı evlər də tikilib. Yaxud həmin dövrün dini abidələrindən olan od məbədləri - bugünümüzədək gəlib çatan belə sərvətlər (Atəşgah) Azərbaycanın milli memarlığının inkişafında mühüm rol oynayıb. Onu da qeyd etməliyik ki, atəşpərəstliyin yayılması ilə bağlı yaradılan ibadətgahlar islamdan əvvəlki dövrün məbədləri sayılır. Qafqaz Albaniyasının yadigarları da bir daha təsdiqləyir ki, şəhərsalma mədəniyyətinin təşəkkül tapmasının tarixi çox qədimlərə gedib çıxır. Qəbələnin möhkəm qala divarları, saxsı borularda şəhərə su çəkilməsi, dəmirqapı keçidindəki müdafiə sistemi, Çıraqqala, Ləkit və Mingəçevirdəki məbədlər kompleksi, yaxud Sasanilər dövrü tarixini özündə qoruyub saxlayan müdafiə xarakterli abidələr də bunları söyləməyə əsas verir.

Qafqazda islam dininin yayılması ilə memarlığın inkişafında da müəyyən dəyişikliklər zərurətə çevrilib. Yeni tipli memarlıq abidələri - məscidlər, mədrəsələr, türbə və digər məbədlər tikilib. Ərdəbil, Marağa, Urmiya, Şamaxı, eləcə də Bərdə, Şabran və digər yaşayış yerləri o dövr üçün Azərbaycanın ən inkişaf etmiş mədəniyyət mərkəzlərindən sayılıb. O da xüsusi olaraq qeyd edilməlidir ki, islamdan əvvəlki dövrlərdə inşa edilən alban tikililəri milli memarlığın inkişafında mühüm əhəmiyyət daşıyıb. Həmin dövrün abidələrindən söz açarkən Zaqataladakı Paşan və Muxax, Şəkidəki Böyük Gəldək, Govurqala, Qəbələnin Böyük Əmirli, Dağlıq Qarabağın Xocavənd rayonunun Qarakənd, bir sözlə, respublikamızın bütün bölgələrindəki tarixi, dini, maddi mədəniyyət nümunələrini unutmaq olmaz.

Təəssüf ki, tarixən bu kimi mədəniyyət nümunələri milli, məhəlli münaqişələrin qurbanlarına çevrilməkdən də sığortalanmayıblar. Hər dövrün özü ilə gətirdiyi "səmum yeli” onların bir çoxunun daşını daş üstə qoymayıb. Ötən əsrin əvvəllərində və sonlarında ermənilərin məkrli, çirkin siyasəti nəticəsində yer üzündən silinən abidə və məbədlərimiz də az olmayıb. Erməni işğalçılarının talan etdiyi abidələr Azərbaycan xalqının tarixi və mədəniyyətinin zənginliyini və qədimliyini özündə əks etdirdiyi üçün qəddarcasına, vəhşicəsinə yer üzündən silinib, yaxud erməniləşdirilib. Təsadüfi deyil ki, dağıdılan, məhv edilən maddi mədəniyyət nümunələrinin arasında təkcə Şuşa, Laçın və Qubadlının rəsm qalereyaları deyil, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Kəlbəcərin nəinki ərazilərindəki, hətta muzeylərində qorunub saxlanan sərvətlərimiz talan edilərək Ermənistana daşınıb.

Bəşər mədəniyyətinin tərkib hissəsi olan maddi-mənəvi irsin qorunması beynəlxalq əhəmiyyət kəsb etdiyindən, onların mühafizəsi bu gün dövlətin diqqət mərkəzindədir. Abidələrin beynəlxalq miqyasda mühafizəsindən danışıldığı bir vaxtda erməni vandalları Azərbaycanın maddi mədəniyyət nümunələrini yer üzündən silməklə məşğuldur. Dəfələrlə yüksək tribunalardan səsləndirilsə də, ermənilər heç bir beynəlxalq qanunlara əməl etmirlər. Şuşa tarixən abidələr şəhəri kimi tanınıb. Lakin, çox təəssüf ki, 1992-ci il may ayının 8-dən sonra bu qədim, ulu musiqi beşiyində xalqımıza məxsus maddi mədəniyyət nümunələri dağıdılıb. Orada "güllələnmiş heykəllərin fəryadı” isə beynəlxalq birlikdə, sadəcə, eşidilmədi.

Bütün münaqişə və müharibələr təkcə məhvedici dağıntılar, ərazi ilhaqları demək deyildir. Burada söhbət bəşəriyyətin ən ülvi varlığı olan insan övladının, sadəcə, məhvindən deyil, onların düçar olduqları qəddarlıq və dəhşətlərdən gedir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin elan olunmamış müharibəyə keçməsi nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 4866 nəfər itkin düşmüş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil və şikəst olmuşdur. Bu təcavüz eyni zamanda Azərbaycan üçün 17 min kvadratkilometr ərazinin (əsasən məhsuldar və təbii sərvətlərlə zəngin) torpaqların işğalı, 900 yaşayış məntəqəsinin, 130939 evin, 2389 sənaye və kənd təsərrüfatı obyektinin, 1025 təhsil, 798 səhiyyə ocağının, 1510 mədəniyyət müəssisəsinin, 5198 km avtomobil yollarının, 348 körpünün, 7568 km su və 76940 km elektrik xətlərinin dağılması, bütünlüklə məhv edilməsi deməkdir.

Ermənilərin təkcə ötən əsrin doxsanıncı illərinin əvvəllərində təcavüzü nəticəsində Dağlıq Qarabağ və ona bitişik ərazilərdə 13 dünya (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli muzey, 23 bağ, park, monumental və xatirə abidələri, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 sarayı qarət edilərək yandırılmışdır. Bunlardan başqa, 15 dekorativ sənət nümunəsi - tarixi və mədəniyyət nümunələrinin yerlə yeksan edilməsi, nadir əhəmiyyətə malik 40 min muzey sərvəti və eksponatın talan olunması, 44 məbəd və 18 məscidin təhqir edilməsi faktları artıq bir sıra beynəlxalq təşkilatların rəsmi sənədlərində də əksini tapıb. Dağıdılan və yandırılan 927 kitabxanada 4 milyon 600 min nüsxə kitab və nadir incilərdən sayılan əlyazmaların külü göylərə sovrulmuşdur.

Əlbəttə, bura ayrı-ayrı rayonlarda məhv edilmiş abidə və məbədləri də əlavə etsək, aydın olar ki, ermənilərin faşizm xislətli çirkin siyasətinin nəticəsidir ki, keçmiş SSRİ-də yeganə sayılan Ağdamın Çörək, dünya şöhrətli, nadir eksponatlı Kəlbəcər, Xocalı, Şuşa, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının tarix-diyarşünaslıq muzeyləri darmadağın edilib.

Dağlıq Qarabağ ərazisində və ətraf rayonlarda Azərbaycanın milli-mədəniyyət ocaqlarına erməni təcavüzkarları tərəfindən vurulan ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki zaman dəyişmiş (keçmiş sovetlər dönəmindəki dəyərlər artıq öz əhəmiyyətini itirdiyi üçün mal-mülkün də qiymətləri maya dəyərinə uyğunlaşdırılmışdır), qiymətlər yenidən formalaşmışdır. Eyni zamanda talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də dünya sivilizasiyasının misilsilsiz mədəniyyət nümunələri hesab olunmuşdur. Əhaliyə vurulmuş mənəvi-psixoloji zərbə ilə bərabər, ilkin və sonadək müəyyənləşdirilməmiş məlumatlara əsasən, Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dollarından çox ziyan dəymişdir.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın tarixi və mədəniyyət, eyni zamanda, dini abidələrinin barbarcasına dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasına, eləcə də "Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına zidd olsa da, nədənsə, beynəlxalq birlik belə təcavüzün qarşısının alınmasında qəti mövqe göstərmir, bu vandalizmə ikili standartlarla yanaşır.

1983-cü ildə UNESCO-nun Beynəlxalq Abidələrin Mühafizəsi Assambleyasının təsis edilməsində də məqsəd diqqəti maddi mədəniyyət nümunələrinin və tarixi ərazilərin qorunmasına yönəltmək olub. Sivilizasiyalı bəşəriyyətin tarixi keçmişinin öyrənilməsində abidələr xüsusi əhəmiyyət daşıyırlar. Lakin minilliklərin yadigarları olan bu sərvətlərin hamısı təəssüf ki, bugünümüzə qədər gəlib çıxmayıb. Zaman-zaman ərazilər yadellilər tərəfindən işğal edilərkən məhvə məhkum olunan maddi mədəniyyət nümunələri içərisində dini xarakterliləri də az deyil.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM