16 Dekabr 2019 15:58
505
CƏMİYYƏT
A- A+

AHİK-in sədri Pan Avropa Regional Şurasının vitse-prezidenti seçilib


Belçikanın paytaxtı Brüsseldə Pan Avropa Regional Şurasının (PARŞ) 4-cü Baş Assambleyası keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından AZƏRTAC-a bildiriblər ki, tədbirdə PARŞ-ın 2016-2019-cu illərdəki fəaliyyəti haqqında hesabat və 2020-2023-cü illər üçün siyasi sənəd müzakirə edilib. Pan Avropa Regional Şurasının prezidenti İ.Petriaşvili, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasıının baş katibi Ş.Barrou və PARŞ-ın baş katibi L.Visentini forumda giriş nitqi söyləyiblər.

Tədbirdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev 3-cü Baş Assambleyadan ötən müddət ərzində Avropa həmkarlar ittifaqlarının əsas məqsədlərinə nail olunması, yəni, əməkçilərin mənafeyi uğrunda mübarizənin zəngin ənənələrindən daha geniş istifadə olunması, həmkarlar ittifaqlarının həmrəyliyinin daha yüksək səviyyəyə çatdırılması istiqamətində əhəmiyyətli addımların atıldığını bildirib.

Azərbaycandan keçən "İpək yolu”nun əhəmiyyətinə toxunan S.Möhbalıyev qeyd edib ki, bu yol region ölkələrinin inkişafına böyük təsir göstərəcək, PARŞ-ın bir çox ölkələri ilə əlaqələr və dəhlizlər yaratmağa imkan verəcək.

Azərbaycanda "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın uğurla həyata keçirilməsinin ölkəmizin sosial-iqtisadi inkişafında müsbət dəyişikliklərə gətirib çıxardığını deyən AHİK-in sədri bildirib ki, aparılan genişmiqyaslı islahatlar, layiqli əmək strategiyasının reallaşdırılmasına yönəlmiş tədbirlər zəhmətkeşlərin rifah halının yüksəldilməsini şərtləndirib.

Həmçinin Baş Assambleyada Pan Avropa Regional Şurasının yeni rəhbərliyi və tərkibi seçilib. İ.Petriaşvili yenidən Pan Avropa Regional Şurasının prezidenti, AHİK-in sədri Səttar Möhbalıyev isə yeni müddətə qurumun vitse-prezidenti seçiliblər.

Yenidən quruma vitse-prezident seçilməsinə görə minnətdarlığını çatdıran AHİK-in sədri bunu Azərbaycan həmkarlar ittifaqlarının əməyinə verilən yüksək qiymət və etimad kimi dəyərləndirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video