16 Dekabr 2019 15:49
626
DÜNYA
A- A+

Türkiyə Prezidenti: ABŞ Senatının “erməni soyqırımı” qətnaməsi tamamilə siyasi mahiyyət daşıyır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ATV televiziya kanalına müsahibəsində bildirib ki, ABŞ Senatının qondarma "erməni soyqırımı”nın tanınması ilə bağlı qətnaməsi tamamilə siyasi mahiyyət daşıyır. O əlavə edib ki, Birləşmiş Ştatların bu addımı iki ölkənin müttəfiqlik ruhunda tərəfdaşlığına ziddir.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Ankaranın da adekvat addımlar ata biləcəyini, hətta Adanadakı İncirlik və Malatyadakı Kürecik hərbi bazalarının Amerika əsgərlərinə bağlanılması məsələsini nəzərdən keçirəcəyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ Türkiyədəki hərbi bazada nüvə başlıqları olduğunu da unutmamalıdır.

Rəcəb Tayyib Ərdoğan müsahibəsində qeyd edib: "Biz ABŞ-da gərginləşən daxili qütbləşmənin Türkiyəyə mənfi təsirindən təəssüflənirik. Bəzi qruplar bizim ölkəmizə təzyiq göstərilməsindən Trampı zəiflətmək üçün istifadə edirlər. Amma biz də adekvat addımlar atacağıq. Açıq danışmaq istəyirəm: hinduların taleyini xatırlamadan Amerikadan danışmaq olarmı? Bu, ABŞ-ın tarixində rüsvayçı bir səhifədir. Analoji hadisələr Afrikada da baş verib. Fransanın Ruanda və Əlcəzairdə törətdiyi qırğınları unutmaq mümkünmü?”

Türkiyə Prezidenti Qərbin irqçilik və müstəmləkəçilik tarixinə aid sənədlərin yenidən qaldırılacağını bildirib. O xatırladıb ki, qırğın və soyqırımı faktları mövcud olduğu halda həmin ölkələrin Türkiyənin şanlı tarixinə iftira atmaq haqqı yoxdur. R.T.Ərdoğan əlavə edib ki, 1915-ci ildə ermənilər Osmanlı imperiyasına təcavüz edən rus qoşunlarını dəstəkləyib və bu səbəbdən köçürülüblər. Faciələr isə həm türk, həm də qarşı tərəfdən baş verib. Ankara bir neçə il əvvəl həmin hadisələrin tarixçilər tərəfindən araşdırılması məqsədilə birgə komissiya yaramağı təklif edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video