Alternative content

07:57 26 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ölkəmiz UNESKO-nun 14-cü sessiyasında təmsil olunub
Ölkəmiz UNESKO-nun 14-cü sessiyasında təmsil olunub
ANA SƏHİFƏ / Mədəniyyət
15:46 16.12.2019

Kolumbiyanın paytaxtı Boqota şəhərində UNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 14-cü sessiyası keçirilib. Sessiya çərçivəsində UNESCKO-da akkreditasiyadan keçmiş qeyri hökumət təşkilatlarının beynəlxalq forumu reallaşıb. "Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi Fazil Qasımov forumda ölkəmizi təmsil edib.

AZƏRTAC xəbər verir ki, İctimai Birliyin nümayəndəsi forumda "Musiqi ilə qaranlığı aydınlatma” adlı layihənin təqdimatını edib.

Layihə çərçivəsində Azərbaycanda görmə məhdudiyyətli musiqiçilərin beynəlxalq festivalının təşkil olunacağı diqqətə çatdırılıb. Forum iştirakçıları görmə məhdudiyyətli azərbaycanlı musiqiçilər haqqında nümayiş edilən qısa filmi böyük maraqla qarşılayıb.

F. Qasımov sessiyanın açılış mərasimində UNESKO-nun Baş direktoru Odri Azuley ilə görüşüb və İctimai Birliyin yeni layihəsi barədə məlumat verib. Odri Ozuley İctimai Birliyin "Musiqi ilə qaranlığı aydınlatma” layihəsinə dəstəyini ifadə edib.

Xatırladaq ki, 2016-cı il iyunun 1-də UNESKO-nun "Qeyri-maddi mədəni irsin mühafizəsi üzrə Konvensiya”ya üzv dövlətlərin Baş Assambleyasının 6-cı sessiyasında "Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin UNESKO-da akkreditasiyasına dair qərar qəbul olunub və İctimai Birliyə qurumda məsləhətçi status verilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM