16 Dekabr 2019 12:10
829
İQTİSADİYYAT
A- A+

Azərbaycanın Rusiyanın Həştərxan vilayəti ilə əlaqələri genişlənir


2020-ci il üçün əməkdaşlığın inkişafı üzrə Tədbirlər Proqramı imzalanıb


İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Rusiya ilə əlaqələrin strateji müstəvidə dinamik inkişaf etdiyi, dövlət başçılarının ikitərəfli əlaqələrin inkişafına böyük önəm verdiyi vurğulanıb. İqtisadiyyat naziri M.Cabbarov 2019-cu ilin Azərbaycan-Rusiya əməkdaşlığının genişlənməsi baxımından xüsusilə uğurlu olduğunu qeyd edib, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu yaxınlarda Moskvaya səfərinin qarşıdakı dövrdə əlaqələrin intensivləşdirilməsi prosesinə yeni impuls verdiyini diqqətə çatdırıb.

Həştərxan vilayətinin qubernatoru İ.Babuşkin Rusiya regionlarının Azərbaycanla əlaqələrin inkişafında marağını vurğulayıb, Rusiyanın federal subyektləri, xüsusilə Həştərxan vilayəti ilə sıx münasibətlərin qurulmasından məmnunluğunu ifadə edib.

Tərəflər Azərbaycan və Həştərxan vilayəti arasında əməkdaşlığın genişləndirilməsi istiqamətlərini müzakirə edib, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.

Görüşün sonunda Azərbaycan Respublikası Hökuməti ilə Həştərxan vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında 2020-ci il üçün əməkdaşlığın inkişafı üzrə Tədbirlər Proqramı imzalanıb. Sənədi Azərbaycanın İqtisadiyyat naziri M.Cabbarov və Rusiyanın Həştərxan vilayətinin qubernatoru İ.Babuşkin imzalayıblar.

Sənəd sənaye, kənd təsərrüfatı, qarşılıqlı investisiya qoyuluşu, kiçik və orta sahibkarlıq, mədəniyyət, turizm, gənclər siyasəti, idman və sair sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün növbəti ildə həyata keçiriləcək tədbirləri ehtiva edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video