15 Dekabr 2019 11:23
610
DÜNYA
A- A+

İsveçrə və Koreya Respublikası İrana dərman ixracını bərpa etmək istəyir


İsveçrənin ardınca Cənubi Koreya da ABŞ-a müraciət edərək İrana əczaçılıq məhsulları ixrac etmək üçün icazə istəyir.

AZƏRTAC xəbər verir ki, İran Cənubi Koreyanın əczaçılıq məhsulları üçün böyük bazardır. Qadağalar tətbiq olunmağa başladıqdan sonra Koreya şirkətlərinin gəliri azalıb. İran üçün istehsal olunan dərmanlar anbarlarda qalıb. Cənubi Koreya dünyanın bir çox ölkəsinə dərman ixrac edir. Lakin İran olduqca böyük bazardır və ixracın 50 faizə qədəri bu ölkənin payına düşür.

Yerli mətbuatın verdiyi məlumata görə, Koreya Respublikasının Səhiyyə Nazirliyinin bir qrup nümayəndəsi ABŞ-da səfərdədir. Səfərin məqsədi ABŞ administrasiyasından İrana dərman satmaq üçün icazə almaqdan ibarətdir.

Qeyd etmək lazımdır ki, oxşar addımları İsveçrə də atıb. İsveçrə şirkətləri də sanksiyalar səbəbindən İrana əczaçılıq məhsulları ixrac edə bilmir. İsveçrə hökumətinin nümayəndələri də ABŞ-la danışıqlar aparıb İran bazarına yenidən daxil olmağa çalışırlar.

Rəsmi Tehran isə ABŞ-ın İrana dərman idxalına imkan verməməsini anti-humanist addım və cinayət hesab edir. Artıq İranda bəzi xəstəliklərin müalicəsində istifadə olunan dərmanların çatışmazlığı müşahidə olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video