Alternative content

01:12 26 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
00:24 26.01.2020 Atəşin evi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Pensiyaların avtomatlaşdırılmış, müavinətlərin elektron təyinatı özünü doğruldur
Pensiyaların avtomatlaşdırılmış, müavinətlərin elektron təyinatı özünü doğruldur
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:59 15.12.2019


2019-cu ildə sosial sahədə e-texnologiyaların tətbiqinə geniş yer verilmişdir. Azərbaycanda ilk sosial reyestr olan "E-sosial” internet portalının tətbiqi davam etmiş, pensiyaların avtomatlaşdırılmış, müavinətlərin elektron təyinatı işlərinə başlanmışdır. Bunlar Prezident İlham Əliyevin sosial sahəyə aid sərəncam və tapşırıqları çərçivəsində icra olunmuşdur.

"E-sosial” internet portalı ölkəmizdə ilk sosial reyestrdir. Dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı bu portal özündə 16 elektron altsistemi və 2 reyestri birləşdirir.

"E-sosial” vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlar (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya və s. üzrə) bazasına çıxış imkanı yaradıb. Vətəndaş özü barədə portalda toplanmış məlumatları daimi izləyə bilir, yaranan sosial-əmək hüquqlarının təminatı prosesinə ictimai nəzarəti həyata keçirir. Portal vətəndaşa habelə nazirlik tərəfindən təqdim olunan 100-dən çox sosial xidmət növündən yaranmış hüquqları müqabilində çevik rejimdə yararlanmaq imkanı verir.

Portalın "Android” əməliyyat sistemi üçün mobil tətbiqi fəaliyyət göstərir. "İOS” əməliyyat sistemi üçün tətbiqin istifadəsi üçün işlər aparılır. Nazirliyin 2018-ci ilin noyabr ayından istifadəyə verdiyi e-sosial.az internet portalına baxış sayı 1 milyon 100 mindən çox olub. İstifadəçilərin sayı isə 105 mini ötüb.

2019-cu ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi, "E-pensiya” - pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib. Nəticədə pensiya hüququ yaranmış şəxsə özü müraciət etmədən və sənəd təqdim olunmadan, məmur-vətəndaş təması olmadan pensiya təyin edilir və ona bu barədə elektron qaydada məlumat verilir. İl ərzində pensiyaya çıxan vətəndaşlarımızın 80 faizi bu xidmətlə əhatə olunur.

Növbəti yenilik "E-müavinət”dir. 2019-cu ilin ilk aylarından sosial müavinətlərin elektron təyinatı infrastrukturunun qurulması işlərinə də başlanıb. Onlardan uşağın doğulmasına görə birdəfəlik müavinətin e-təyinatı sistemi oktyabrın 11-də istifadəyə verilib və artıq e-qaydada 7600-ə yaxın bu növ təyinat aparılıb. Noyabrın 13-də isə sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa aylıq müavinət və həmin uşağa qulluğa görə Prezidentin aylıq təqaüdünün də elektron təyinatı mexanizmi hazırlanaraq işə salınıb. Bir sıra digər müavinət və təqaüd növü üzrə təyinat mexanizminin də elektronlaşdırılması planlaşdırılıb. Müavinət və təqaüdlərin təyinatında avtomatlaşdırma tədbirləri bitdikdən sonra illik təqribən 180 minədək müraciətin tam şəkildə, praktik qaydada, vətəndaşların hər hansı bir ünvana getmələrinə ehtiyac olmadan təmin edilməsi həyata keçiriləcək.

Günərzi qayğı, icma əsaslı sosial reabilitasiya və yardım mərkəzləri də sözügedən sahənin yeniliklərindəndir.

1 iyun 2019-cu il tarixli sərəncamla ayrılmış vəsait hesabına nazirliyin sosial sifarişləri üzrə layihələr əsasında yaradılan reabilitasiyayönümlü sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfədən çox artıb və 187 olub. Hazırda 70 günərzi qayğı mərkəzi, 46 icma əsaslı sosial reabilitasiya mərkəzi, autizm və daun sindromlu uşaqlar üçün yardım mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər əsasən uşaqlardan ibarət 8 mindən çox şəxsə xidmət göstərir.

Digər yeniliklər də maraq doğurur. Məsələn, "Əmək müqavilələri bildirişləri altsistemi”nin məlumatına əsasən, 2019-cu ilin əvvəli ilə müqayisədə noyabrın 1-i tarixinə əmək müqavilələrinin sayı 145 min, aylıq əməkhaqqı fondu 34 faiz, median əməkhaqqı 37,2 faiz artıb. O cümlədən qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayında artım 95 min, aylıq əməkhaqqı fondunda artım 35,3 faiz olub.

Övladlığagötürmədə yeni model tətbiq olunur. 10 dekabr 2018-ci il tarixli fərmanla nazirlik övladlığa götürülən uşaqlarla və övladlığa götürməyi arzu edən şəxslərlə bağlı uçot sisteminin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsi üçün qabaqcıl dünya təcrübəsi əsasında yeni idarəetmə mexanizmi hazırlayıb. Yeni idarəetmə uşaqların mənafelərinin üstünlüyü prinsipinə əsaslanır. "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi də yaradılıb.

Qabaqcıl beynəlxalq təcrübədən irəli gələn müasir mexanizmlər əsasında əmək qanunvericiliyinin tətbiqinə dövlət nəzarəti sisteminin elektron nəzarət sistemi üzərindən həyata keçirilməsi təcrübəsinin, elektron protokol layihəsinin, risk əsaslı yoxlama mexanizminin tətbiqi nəzərdə tutulur.

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya yaradılır. Observatoriya mütərəqqi dünya təcrübəsi əsasında təkmil monitorinq və proqnozlaşdırma sisteminin formalaşmasına imkan verəcək.

Əməkhaqların birgə maliyyələşdirilməsi proqramı 2020-ci ildən işə salınacaq. İşsizlikdən sığorta fondunda bununla bağlı ayrıca xərc istiqaməti var.

2019-cu il bir sıra mühüm tədbirlərlə də yadda qalacaq. Məsələn, mayın 14-16-da Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Regional Sosial Təminat Forumu keçirilib.

BSTA tərəfindən təşkilatın əhatə etdiyi ölkələrin (regionlar üzrə) sosial təminat sahəsində həyata keçirdikləri layihələrin qiymətləndirilməsi məqsədilə hər üç ildənbir "Yaxşı Təcrübə” müsabiqəsi keçirilir. Növbəti müsabiqədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi dörd layihənin hər biri uğurlu təcrübə nümunələri kimi xüsusi mükafatlara layiq görülüb. Bunlar ünvanlı dövlət sosial yardımı və əlilliyin qiymətləndirilməsi üzrə elektron sistemlər, özünüməşğulluq proqramı və qeyri-rəsmi məşğulluğun qarşısının alınması layihələridir.

Bütün bunlar Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, vətəndaşın rifahının təminatı prinsipinin dayandığını göstərir. Bu prinsip iqtisadi dividendlərin ilk növbədə əhalinin rifahına yönəldilməsini, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımların ardıcıl olduğunu təsdiqləyir. Bir daha xatırladaq ki, 2003-cü ildən ötən dövrdə əməkhaqların 7 dəfə, pensiyaların 9 dəfə, həssas qruplara yönələn sosial ödənişlərin dəfələrlə artırılması da bunu göstərir. Məşğulluq imkanlarının mütəmadi artırılması isə ölkədə işsizliyin kəskin şəkildə azalaraq 5 faizə enməsi ilə nəticələnib.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM