Alternative content

00:50 26 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
00:24 26.01.2020 Atəşin evi
00:23 26.01.2020 Mavi ölüm
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda Azərbaycanın Rus İcmasının V qurultayı keçirilib
Bakıda Azərbaycanın Rus İcmasının V qurultayı keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
00:53 15.12.2019


Bakıda Azərbaycanın Rus İcmasının V qurultayı keçirilib. 280 nümayəndənin iştirak etdiyi tədbir hakim Yeni Azərbaycan Partiyasının mərkəzi ofisinin akt zalında baş tutub.

AZƏRTAC xəbər verir ki, qurultay iştirakçıları Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Rus İcmasının qurultayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, Milli Məclisin deputatları Arif Rəhimzadə, Əli Hüseynli, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, RF Prezidentinin regionlararası və xarici ölkələrlə mədəni əlaqələr üzrə İdarəsi rəisinin müavini Anton Rıbakov, Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev, Bakı və Azərbaycanın arxiyepiskopu Aleksandr və başqaları iştirak ediblər.

Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin qurultayın açılışında çıxış edərək qeyd edib ki, tədbir Azərbaycanda iqtisadi, sosial və siyasi sabitlik şəraitində keçirilir. O əlavə edib: "Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs əsasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən ardıcıl islahatlar bütün sahələrdə müsbət dəyişikliklərə gətirib çıxarıb. Müasir Azərbaycan əmin addımlarla irəliləyir, yerlərdə irimiqyaslı infrastruktur və regional layihələr həyata keçirilir”. M.Zabelin qeyd edib ki, bu gün Azərbaycanda Rus İcmasının üzvlərinin sayı 60 min nəfərdir.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov qurultay iştirakçılarını salamlayaraq qeyd edib ki, onların hər biri Azərbaycan və Rusiya arasında sıx dostluq münasibətlərinə töhfə verir. O əlavə edib: "Bir səfir kimi məmnunluqla qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında münasibətlər olduqca sürətlə inkişaf edir. Deyərdim ki, bütün sahələr üzrə yüksəliş mərhələsindədir. Bu, ilk növbədə, Azərbaycan və Rusiya rəhbərlərinin böyük töhfəsi sayəsində baş verir. Onların keçirdikləri görüşlər, aralarında olan şəxsi ünsiyyət dövlət və ictimai təşkilatların fəaliyyətinə təkan verir”.

Bakı və Azərbaycanın arxiyepiskopu Aleksandr çıxışında Rus İcmasının iki ölkə arasında dostluğun möhkəmlənməsində rolunu xüsusi olaraq qeyd edib.

Qurultayda İcmanın Respublika Şurasının yeni tərkibi seçilib. Təşkilatın sədri, Milli Məclisin deputatı Mixail Zabelin yenidən Azərbaycanın Rus İcmasının sədri vəzifəsinə seçilib.

Qeyd edək ki, Azərbaycanın Rus İcması 1993-cü ildə yaradılıb. İcmaya beş il müddətinə seçilən Respublika Şurası rəhbərlik edir. Rus İcmasının sonuncu qurultayı 2014-cü il noyabrın 14-də keçirilib.

Rus İcmasının nəzdində bir neçə təşkilat - Rus Mədəniyyəti Mərkəzi, Rusiyalı Həmvətənlərə İnformasiya-Hüquq Dəstəyi Məşvərət Məntəqəsi, Rusdilli Təhsil Müəssisələrinin Müəllimlərinin Assosiasiyası, Leninqrad Blokadası İştirakçıları Assosiasiyası, "Russki mir” iş adamları birliyi və s. daxildirlər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM