15 Dekabr 2019 00:28
1832
İDMAN
A- A+

Voleybol üzrə Azərbaycan çempionatının yeni mövsümünə start verilib


Dekabrın 14-də qadın voleybolçular arasında Azərbaycan Super Liqasının 2019-2020-ci il mövsümünə start verilib.

AZƏRTAC xəbər verir ki, çempionatın açılış oyununda "Azərreyl” və "Abşeron” komandaları üz-üzə gəliblər. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda "Azərreyl” komandası 3:1 hesabı ilə qalib gəlib.

Oyun başa çatdıqdan sonra həm qadın, həm də kişi voleybolçular arasında ölkə çempionatlarının açılış mərasimi keçirilib.

Azərbaycan Voleybol Mərkəzində təşkil olunan mərasimdə əvvəlcə iştirakçı komandaların paradı olub.

Federasiyanın prezidenti Cavid Qurbanov mərasimdə çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından və atletlərimizin beynəlxalq arenada qazandıqları nailiyyətlərdən danışıb. C.Qurbanov qeyd edib ki, ölkəmizdə uğurlu idman siyasətinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu siyasət dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Azərbaycan Prezidenti idmanın digər növləri kimi, voleybolun da inkişafını diqqət mərkəzində saxlayır. Ümumiyyətlə, ölkəmizdə idmançıların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra C.Qurbanov çempionatı açıq elan edib.

Kişi voleybolçuların çempionatında "Sərhədçi”, MOİK, "Neftçi”, "Murov”, "Xilasedici”, "Azərreyl”, "Ekspress” və Gürcüstan yığması iştirak edirlər. Qadınların mübarizəsində isə UNEC, "Murov”, "Abşeron”, "Mübariz”, "Azərreyl” və Gürcüstan millisi birincilik uğrunda yarışırlar.

Çempionatın oyunları Hövsan Olimpiya İdman Kompleksində, "Sərhədçi” İdman Olimpiya Mərkəzində, "Lokomotiv” klubunun, FHN-in, eləcə də Azərbaycan Voleybol Federasiyasının idman zallarında baş tutacaq. Yarışın final mərhələsi Bakı İdman Sarayında təşkil olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video