Alternative content

01:07 26 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
00:24 26.01.2020 Atəşin evi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şəki növbəti dəfə Prezident Kuboku uğrunda çövkən milli oyununa evsahibliyi edir
Şəki növbəti dəfə Prezident Kuboku uğrunda çövkən milli oyununa evsahibliyi edir
ANA SƏHİFƏ / İDMAN
00:27 15.12.2019


Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən yaradılan və Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Milli Atüstü Oyunları Mərkəzində Prezident Kuboku uğrunda milli atüstü oyunlarının keçirilməsi artıq ənənə halını alıb. Oyunlar respublika ictimaiyyətində böyük marağa səbəb olmaqla xalqımızın qədim tarixi ənənələrinin bərpasına və dirçəldilməsinə xidmət edir.

Dekabrın 13-də Respublika Milli Atüstü Oyunları Mərkəzində Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışlar başlanıb.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışlarda Şəki, Ağcabədi, Ağstafa və İsmayıllı Regional Mədəniyyət idarələrinin təmsilçiləri, həmçinin Bakı şəhərinin "Buta”, "Qala”, "Qarabağ”, "Köhlən”, "Murad”, "Omar”, "Polad” və "Sərhədçi” komandaları mübarizə aparırlar.

Dekabrın 14-də Prezident Kuboku uğrunda çövkən oyunu üzrə yarışların rəsmi açılış mərasimi olub. Tədbirdə Mədəniyyət Nazirliyinin, Atçılıq Federasiyasının, Şəki Şəhər İcra Hakimiyyətinin rəsmiləri, nazirliyin regional idarələrinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Açılış mərasimində bildirilib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqımızın yenidən sahib olduğu milli dəyərlər sırasında atüstü milli oyunlar ön cərgələrdə yer tutur. Son illər ölkəmizdə qədim tarixə malik atçılıq ənənələrinin bərpasına, atüstü milli oyunlarımızın qorunub saxlanılmasına xüsusi diqqət göstərilir. Prezident İlham Əliyevin fərmanı ilə 2006-cı ildə Şəki rayonunda yaradılan Respublika Atçılıq Turizm Mərkəzi (hazırda Respublika Milli Atüstü Oyunları Mərkəzi adlanır) xalqımızın qədim tarixi ənənələrinin bərpasına və dirçəldilməsinə çox böyük töhfələr verir. Mərkəzin yaradılmasında əsas məqsəd milli atüstü oyunlara yeni həyat vermək, ölkəmizdə atçılıq turizmini təbliğ etmək, gənc nəsildə bu sahəyə maraq oyatmaqdır.

Vurğulanıb ki, UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 2013-cü ilin dekabrında Bakıda keçirilən 8-ci sessiyasında Azərbaycanın çövkən oyununun təşkilatın Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmasının çox böyük əhəmiyyəti var. Çövkən oyununun bu siyahıya daxil edilməsi ölkəmizdə mədəni irsin qorunması sahəsində həyata keçirilən tədbirlərin, aparılan məqsədyönlü işin məntiqi nəticəsidir.

Musiqi kollektivinin çıxışından sonra komandalar cəngi sədaları altında tribunanın önündən keçərək meydana daxil olublar.

Sonra tamaşaçılar Şəki və "Qarabağ” komandaları arasında oyunu izləyiblər. Gərgin keçən qarşılaşmada Şəki rayonunun təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

Bir gün əvvəl keçirilən qrup oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb:

"Omar” - "Murad” 5:1, "Polad” - "Qarabağ” 8:1, "Buta” - "Köhlən” 3:0, "Sərhədçi” - "Qala” 4:1.

Qrup oyunları dekabrın 16-dək davam edəcək. Yarımfinal və final qarşılaşmaları dekabrın 22-24-də Bakıda, Binə Atçılıq Mərkəzində keçiriləcək. Yarış qaliblərinə Mədəniyyət Nazirliyinin diplomu və pul mükafatları təqdim ediləcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM