Alternative content

21:21 28 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Karateçilərimiz İtaliyada üç medal qazanıblar
Karateçilərimiz İtaliyada üç medal qazanıblar
ANA SƏHİFƏ / İDMAN
16:59 14.12.2019


Karate üzrə baş məşqçilər Anar Allahverdiyevin (kumite) və Vahid Ayvazovun (kata) rəhbərliyi ilə 14-15 yaşlı yeniyetmələrdən və 16-17 yaşlı gənclərdən ibarət Azərbaycan milli komandasının üzvləri Venesiyada gənclərin Karate-1 Premyer Liqa turnirinin birinci günündə üç medal qazanıblar.

Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a bildiriblər ki, turnirin birinci günündə mübarizəyə qatılan 16-17 yaşlı idmançılardan Polina Qurenko (53 kq) və Ramil Baxşəliyev (55 kq) gümüş medallara sahib olublar. Hüseyn Məmmədli və Əminağa Quliyev (61 kq) bürünc medal uğrunda mübarizə aparıblar. Qalib müəyyənləşmədiyindən hakimlərin qərarı ilə qələbə daha fəal döyüş keçirən Ə.Quliyevə verilib.

Tale Yaqubov və Turan Rzazadə (hər iksi 68 kq) dörddəbir finalda, Sultan Hüseynov (55 kq), Hüseyn Hüseynzadə, Fərid Ağayev (hər ikisi 76 kq), Ayla Rzazadə (59 kq), Humay Həsənli (+59 kq), Zəhra Qurbanzadə və Həsənəli Həsənov (hər ikisi kata) isə daha əvvəlki mərhələlərdə məğlub olublar.

Turnirdə 14-15 yaşlı yeniyetmələr arasında Məhəmməd Xamoyev (52 kq), Nicat Kərimli, Fərid Savadov (hər ikisi 57 kq), Azər Tapdıqlı, Rumil Cəfərli (hər ikisi 63 kq), Arina Bezrebra, Hüseyn Nəsirli (hər ikisi kata) mükafatlar uğrunda mübarizə aparacaqlar.

Karate-1 Premyer Liqa turnirində beynəlxalq dərəcəli hakim Cahangir Babayev və milli hakim Mircabbar Seyidov, o cümlədən məşqçilər Denis Morozov və Nağı Mehdiyev liqa yarışlarında iştirak edirlər.

Yarışlarda 65 ölkədən 3180 karateçi mübarizə aparır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM