Alternative content

15:20 20 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hesablama Palatasının iş planının layihəsi təsdiqlənib
Hesablama Palatasının iş planının layihəsi təsdiqlənib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
16:52 14.12.2019


Hesablama Palatasının kollegiya iclasında qurumun 2020-ci il üçün iş planının layihəsi müzakirə edilərək təsdiq olunub.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Hesablama Palatasının 2020-ci il üçün iş planının hüquqi əsasları, qanunvericiliyin iş planı üzrə müəyyən edilən tələblərdən danışılıb, ötən il qüvvəyə minmiş "Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq növbəti ildə Hesablama Palatasının kənar dövlət maliyyə nəzarəti üzrə audit fəaliyyətinin, eləcə də maliyyə, səmərəlilik və uyğunluq növləri üzrə planlaşdırıldığı diqqətə çatdırılıb.

Bundan əlavə, iclasda Hesablama Palatasının 2020-ci il üçün iş planında fəaliyyət istiqamətləri üzrə növbəti ildə dövlət büdcəsinin icrasının təhlili ilə bağlı yarımillik və illik məlumat və hesabatın hazırlanması, o cümlədən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının layihələrinə və icrasına rəylərin hazırlanması, eləcə də palatanın fəaliyyətinin təşkili üzrə normativ-metodiki, maddi-texniki, informasiya təminatı və beynəlxalq fəaliyyəti üzrə nəzərdə tutulan tədbirlər üzrə də geniş məlumat verilib.

Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılan vəsaitlərin istifadəsinə, "Dünya Bankından dövlət zəmanəti ilə kredit cəlb edilməklə həyata keçirilən "Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi layihəsi” üçün əlavə maliyyələşdirmə üzrə vəsaitlərin istifadəsinə, Bakı Slavyan Universitetinin tədris fəaliyyətinin səmərəlilik auditinin nəticələrinə, Xarici İşlər Nazirliyinin 2018-ci il üçün illik maliyyə hesabatlarına dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə auditor hesabatları barədə müvafiq qərarlar qəbul edilib. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının göndərilməsi və Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM