Alternative content

07:28 24 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
00:50 24.01.2020 Tətil zəngi çalındı
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vaşinqton və Pekin razılığa gəldilər
Vaşinqton və Pekin razılığa gəldilər
ANA SƏHİFƏ / DÜNYA
12:38 14.12.2019


Bir neçə ay davam edən rüsum artırılması və qarşılıqlı təhdidlərdən sonra dünyanın iki ən böyük iqtisadiyyatı ticarət müharibəsinə son qoymaq istiqamətində ilk addımlar atmışlar. Vaşinqtonla Pekin sövdələşmənin birinci mərhələsinin həyata keçirilməsi barədə razılıq əldə etmişlər. Bu barədə "Euronews” telekanalı xəbər verir.

Lakin bu razılaşma əvvəllər tətbiq olunmuş rüsumların ləğv olunması mənasına gəlmir. ABŞ Prezidenti Donald Tramp Twitterdə bildirmişdir ki, tərəfdaşlar "çoxsaylı struktur dəyişikliklərinə, kənd təsərrüfatı məhsulunun, enerji daşıyıcılarının və sənaye mallarının böyük həcmdə alınması barədə razılığa gəlmişlər”.

Çin mallarına tətbiq olunmuş 25 faizlik rüsumlar qüvvədə qalır. Lakin dekabrın 15-nə planlaşdırılmış rüsum artımı ləğv olunur. "Biz 2020-ci il seçkilərinin nəticələrini gözləmədən dərhal sövdələşmənin ikinci mərhələsi barədə danışıqlara başlayacağıq” deyə Tramp yazmışdır.

Pekin nümayəndələri mətbuat konfransında bildirmişlər ki, saziş dünya bazarlarında əminliyi artırmaq üçün hazırlanmışdır və Çin bazarına ABŞ-ın bir çox mallarınının və xidmətlərinin yolunu açır.

Bu il ABŞ-la Çin arasında baş vermiş ticarət müharibəsi dünya iqtisadiyyatında sabitliyin pozulmasına və qlobal artımın ləngiməsinə səbəb olmuşdur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM