Alternative content

00:02 23 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlət siyasətinin əsas prioritetidir
Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlət siyasətinin əsas prioritetidir
ANA SƏHİFƏ / SİYASƏT
01:01 14.12.2019


Dövlətin sosial siyasətinin başlıca məqsədi qayğıya ehtiyacı olan vətəndaşların problemlərini vaxtında həll etməkdir. Ölkəmizdə bu kateqoriyaya aid olan ən həssas təbəqə qaçqın və məcburi köçkünlərdir. Ümummilli Lider Heydər Əliyev qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlət siyasətinin əsas prioriteti elan etdi. Ötən dövrdən indiyə qədər dövlətin bu istiqamətdə gördüyü işlər bunu təsdiqləyir.

Ulu Öndər mütəmadi olaraq qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları çadır şəhərciklərinə səfər edərək birbaşa onların qayğıları ilə maraqlanırdı. Belə səfərlər nəticəsində ortaya çıxan problemlər dərhal həll edilirdi. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli külli miqdarda vəsaitin xərclənməsini tələb edirdi. Ulu Öndər Heydər Əliyev "Əsrin müqaviləsi” sayəsində əldə edilən neft gəlirlərini, ilk növbədə, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəltdi. Bu fakt bir daha sübut etdi ki, dövlət doğma yurdlarından didərgin düşən vətəndaşlarını taleyin ixtiyarına buraxmadı.

Ulu Öndər Heydər Əliyev 1998-ci ildə "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı”nı təsdiq etdi. Proqramın icrası qaçqınların və məcburi köçkünlərin təhsil, səhiyyə, məşğulluq, mənzil-məişət şəraiti, müavinət və digər problemlərinin həllinin yaxşılaşdırılmasında, sosial müdafiəsinin yüksək səviyyədə təmin edilməsində, eləcə də bu sahənin idarə olunmasında müstəsna rol oynadı.

Prezident İlham Əliyev Ümummilli Liderin həyata keçirdiyi bu siyasəti uğurla davam etdirdi. Cənab İlham Əliyev 2003-cü ildə prezident seçkiləri ərəfəsində qaçqın və məcburi köçkünlərlə görüşü zamanı bəyan etdi ki, dövlət başçısı seçilərsə, çadır şəhərciklərini ləğv edəcək. Beləliklə, vədinə əməl edərək, 105 müasir tipli qəsəbə tikdirərək qaçqınların ixtiyarına verməklə çadır şəhərciklərinin mövcudluğunu tarixə qovuşdurdu. Qeyd edək ki, ötən ilədək 300 mindən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Prezident İlham Əliyev 2004-cü ildə "Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı”nı təsdiq etdi. Bu sahədə görülən işləri daha sürətlə və keyfiyyətlə yerinə yetirmək üçün həmin proqrama 2007-ci və 2011-ci illərdə əlavələr olundu. Məqsəd bu yolla məcburi köçkünlərin problemlərinin həllini sistemləşdirərək sürətlə həyata keçirmək idi.

Dövlət başçısının həyata keçirdiyi sosial siyasət sayəsində digər sahələrdə olduğu kimi, məcburi köçkünlərin məskunlaşması da intensiv xarakter alıb. Ötən il 5800 məcburi köçkün ailəsi yeni mənzil və fərdi evlərə köçürülüb. Bu kateqoriyadan olan insanlar təkcə mənzil və fərdi evlərlə təmin edilmir. Onlara verilən müavinətin məbləği də ildən-ilə artırılır. Prezident İlham Əliyevin apardığı son sosial islahatlar sayəsində məcburi köçkünlərə verilən aylıq müavinət cari il aprelin 1-dən 50 faiz artırılıb. Ümumilikdə isə dövlətin həyata keçirdiyi sosial siyasət nəticəsində son iki ildə müavinətlərin məbləğinin artımı 70 faiz təşkil edib.

Bu kateqoriyadan olan insanların sosial vəziyyətinin yaxşılaşdırılmasının bir yolu da onların məşğulluğunun təmin edilməsidir. Bu məqsədlə məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə mütəmadi olaraq əmək yarmarkaları keçirilir, onlara biznes qurmaq üçün güzəştli şərtlərlə mikrokreditlər verilir. Beləliklə, onlar öz işlərini qurmaqla ailələrinin güzəranını yaxşılaşdırır. Başqa sözlə, mənzil-məişət şəraitini yaxşılaşdırmaqla dövlət onların sosial dayanıqlığını təmin edir.

Məcburi köçkünlərin sağlamlıq durumu da diqqət mərkəzindədir. Onlar pulsuz tibbi xidmətdən istifadə edir. Bununla paralel olaraq məcburi köçkünlərin kompakt məskunlaşdıqları yerlərə ixtisaslaşdırılmış səyyar tibbi yardım briqadaları göndərilir. Onlar yerlərdə məcburi köçkünlərin sağlamlıq durumunu öyrənir, müalicəyə ehtiyacı olanlar isə müxtəlif xəstəxanalarda yerləşdirilir.

Qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da böyük xidmətləri var. Mehriban xanımın təşəbbüsü ilə 2017-ci il iyunun 27-də Heydər Əliyev Fondu tərəfindən Abşeron rayonunun Masazır qəsəbəsində salınan "Yeni Bakı” yaşayış kompleksindən və Mehdiabad qəsəbəsində inşa edilən "Binəqədi Gənclər Şəhərciyi”ndən alınan 214 mənzil Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki qəzalı vəziyyətdə olan "Energetik” pansionatında müvəqqəti məskunlaşan məcburi köçkünlərə verilib. Bununla yanaşı, həmin il Sabunçu rayonunun Ramana qəsəbəsində 50 və Abşeron rayonunun Masazır qəsəbəsində 210 mənzilli yeni inşa olunan binalara da məcburi köçkünlər köçürülüb.

Elə həmin il Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzil Binəqədi rayonunun ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq qalmış binasında məskunlaşmış məcburi köçkünlərə verildi.

2018-ci ildə Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün tikilən 1026 ailəlik müasir tipli "Qobu Park” yaşayış kompleskinə paytaxtın ərazisində zirzəmi və digər ağır şəraitli tikililərdə yaşayan məcburi köçkünlər köçürülüb. Keçən il, həmçinin Abşeron rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilən 1001 mənzilli, zəruri infrastrukturla təmin edilən yaşayış kompleksinin məcburi köçkünlərin ixtiyarına verilməsinin açılış mərasimi olmuşdur.

Həmin dövrdə, eləcə də Sumqayıt şəhərində 1005 mənzildən ibarət və yaşayış üçün lazım olan bütün infrastrukturlarla təmin edilən yaşayış kompleksinə məcburi köçkün ailələri köçürülüb.

Cari ildə də bu istiqamətdə görülən işlər davam etdirilir. Bu ilin aprel ayında Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində 810 mənzilli yaşayış kompleksinin, iyul ayında Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılışı olub. Avqust ayında isə Beyləqan rayonunda 146 məcburi köçkün ailəsi üçün fərdi yaşayış evləri tikilərək istifadəyə verilib.

Şirvan şəhərində yataqxanalarda məskunlaşan 685 məcburi köçkün ailəsi üçün 13 doqquzmərtəbəli yaşayış binalarından ibarət məhəllənin tikintisi başa çatdırılıb. Burada, həmçinin 540 şagirdlik məktəb binasının, 440 yerlik uşaq bağçasının, klub-icma mərkəzinin, inzibati binanın, tibb məntəqəsinin, ATS və müvafiq mühəndis kommunikasiyaların tikilməsi nəzərdə tutulur. Eyni zamanda Göyçay rayonunda 80, Kürdəmir rayonunda 563, Ucar rayonunda 250, Göygöl rayonunda 130 mənzilli, Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində 645 mənzilli yaşayış massivinin salınması və Füzuli rayonu ərazisində 95 fərdi evdən ibarət qəsəbədə inşaat işləri başa çatmaq üzrədir. Yaxın vaxtlarda həmin mənzillərə də məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan məcburi köçkünlər köçürüləcək.

Rüstəm KAMAL,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM