Alternative content

10:27 05 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:31 05.07.2020 Xalqa arxalanan lider
00:15 05.07.2020 Bakı xanlarının sarayı
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sənayedə qeyri-dövlət sektorunun payı 82 faizdən çoxdur
Sənayedə qeyri-dövlət sektorunun payı 82 faizdən çoxdur
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:00 14.12.2019


10 ayda ölkəmizdə 1880 minik avtomobili, 899 traktor istehsal olunmuşdur


Azərbaycanda xüsusən son dövrlər sənayenin, ilk növbədə, qeyri-neft-qaz sənayesinin inkişafı üçün çox işlər görülür. Təkcə bu istiqamətdə qəbul edilən dövlət proqramları, imzalanan sərəncamları və digər sənədləri xatırlatmaq kifayət edər ki, dövlət və hökumət səviyyəsində sözügedən sahəyə verilən önəm və diqqət bəlli olsun.

Bu önəm və diqqətin bir üstün cəhəti də odur ki, ölkədə qeyri-neft-qaz sənayesi əsasən regionlarda istifadəyə verilən müasir müəssisələrin hesabına inkişaf edir. O üzdən bir vaxtlar əyalət səviyyəsinə enmiş rayon və şəhərlərimiz indi sənaye bölgələrinə çevrilir. Yaradılan sənaye məhəllələri və texnoparklarda istehsal olunan məhsullar isə bu gün hətta ixrac edilir, özü də üçüncü yox, inkişaf etmiş ölkələrə.

Bəs, yola saldığımız 2019-cu il bu sahədə hansı göstəricilərlə yadda qalacaq? Suala cavab tapmaq üçün Dövlət Statistika Komitəsinin (DSK) hələlik son olan yanvar-oktyabr ayları üzrə hesabatına nəzər salaq: hesabatda bildirilir ki, ilin əvvəlindən ötən 10 ay ərzində ölkə üzrə istehsal olunmuş sənaye məhsullarının və göstərilmiş xidmətlərin dəyəri 1,4 faiz artaraq 38,1 milyard manata çatmışdır (ümumi istehsalın 88,8 faizi sənaye məhsullarının istehsalı, 11,2 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır).

Sənayenin qeyri-neft-qaz sektorunda istehsal əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artmış, neft-qaz sektorunda 0,3 faiz azalmışdır.

Bu dövrdə sənaye məhsullarının 70,3 faizi mədənçıxarma, 24,9 faizi emal, 4,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı isə 82,3 faizə çatmışdır.

Hesabatın mədənçıxarma sənayesi bölməsində göstərilir ki, bu sahədə istehsalın ümumi dəyəri 26,8 milyard manat olmaqla əvvəlki ilin eyni dövrünə nisbətən sabit qalmışdır. Bu sahənin əsas məhsulu olan xam neftin əmtəəlik hasilatı 31,1 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 19,9 milyard kubmetr təşkil etmişdir. Neft hasilatı 3,3 faiz azalmış, qaz hasilatı 27,8 faiz artmışdır.

Emal sənayesinə gəldikdə, bu sahədə vəziyyət daha yaxşıdır. Belə ki, hesabata əsasən, yanvar-oktyabr aylarında ölkə üzrə 9 milyard 452,6 milyon manatlıq müxtəlif sənaye məhsulları istehsal olunmuş və xidmətləri göstərilmişdir. Keçən ilin 10 ayı ilə müqayisədə tütün məmulatları istehsalı 39,5, qida məhsulları istehsalı 13,9 faiz artmışdır. Bu sahələrin əsas məhsullarından olan qənd və şəkər tozu istehsalında 51,2, kolbasa məhsulları istehsalında 45,5, qaymaq və xama istehsalında 22,5, alkoqolsuz içkilər istehsalında 11,2 faiz artım qeydə alınmışdır.

Qeyri-neft-qaz sənayesinin aparıcı sahələrindən biri də geyim və ayaqqabı istehsalıdır. DSK-nın məlumatında bildirilir ki, ilin əvvəlindən ötən 10 ay ərzində ölkə üzrə 332,4 milyon manatlıq toxuculuq sənayesi məhsulları, geyim, dəri və dəridən məmulatlar, ayaqqabılar istehsal edilmişdir. Tikinti materialları istehsalına gəldikdə, burada da kifayət qədər yüksək artım müşahidə olunmuşdur. Hesabatda bildirilir ki, yanvar-oktyabr aylarında ölkə üzrə tikinti materialları istehsalının dəyəri 3,8 faiz artaraq 648,7 milyon manata çatmışdır.

Artım, həmçinin metallurgiya sənayesi və hazır metal məmulatlar istehsalında qeydə alınmışdır. Belə ki, sözügedən dövrdə Azərbaycanda istehsal edilən bu cür məhsulların dəyəri 630,7 milyon manat olmuşdur. Təkcə hazır metal məmulatlarının istehsalında 83,5 faiz artım müşahidə edilmişdir. Kompüter, elektron və optik məhsullar, elektrik avadanlıqları istehsalında da artım dinamikası davam etmişdir. Sözügedən sahə üzrə 10 ay ərzində 203,8 milyon manatlıq məhsul istehsal olunmuşdur. Bu isə ötən ilin eyni dövründəkindən elektrik avadanlıqları istehsalı üzrə 6,8, kompüter, elektron və optik məhsulları istehsalı üzrə 37,1 faiz çoxdur. Hesabat dövründə əvvəlki yanvar-oktyabr ayları ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz aparatlarının, həmçinin məişət soyuducularının istehsalında da yetərincə yüksək artım qeydə alınmışdır - müvafiq olaraq 71,6 və 25,2 faiz.

Bunlardan əlavə, 10 ay ərzində Azərbaycanda 899 traktor, 1880 minik avtomobili istehsal olunmuşdur. Ümumiyyətlə, bu dövr ərzində ölkə üzrə maşın və avadanlıqların istehsalı 4,5 faiz artmışdır.

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM