Alternative content

17:44 02 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kadr islahatları - təcrübə və kreativ ideyaların vəhdəti
Kadr islahatları - təcrübə və kreativ ideyaların vəhdəti
ANA SƏHİFƏ / SİYASƏT
01:00 14.12.2019


Prezident İlham Əliyev idarəetmədə, qanunverici sistemlərdə müasir təfəkkürlü, proseslərə fərqli yanaşan gənclər üçün fəaliyyət meydanı yaradır


Başa vurmaqda olduğumuz 2019-cu il Azərbaycanın iqtisadi, ictimai-siyasi həyatında yüksək nailiyyətlərin əldə edildiyi, həmçinin geniş sosial, sistemli struktur, kadr islahatlarının daha dinamik xarakter aldığı il kimi tarixə düşəcək.

İctimai-siyasi kataklizmlər yolu ilə deyil, təkamül yolu ilə inkişaf edən Azərbaycanda bir çox ölkələr üçün örnək ola biləcək davamlı islahatlar həyata keçirilməkdədir. Prezident İlham Əliyevin ilin əvvəlindən başladığı həm iqtisadi, həm struktur, həm də siyasi islahatları artıq ilkin bəhrəsini verməkdə və ölkəyə dividendlər gətirməkdədir. Bunu tək öz statistikama əsaslanmaqla deyil, nüfuzlu beynəlxalq reytinq təşkilatlarının hesabatlarına əsasən də söyləyirik. Ən azından Davos Ümumdünya İqtisadi Forumu və Dünya Bankının "Doing Business” hesabatlarında Azərbaycanın islahatlara meyillilik, rəhbərliyə olan inam əmsalına görə dünyada birinci onluqda qərarlaşmasını, ən çox islahat aparan ölkə seçilməsini göstərmək yetərlidir.

Göründüyü kimi, cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi, kadr və struktur islahatlar, ilk nöbvədə, ölkəmizin beynəlxalq imicini yüksəldir. Bu da beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan Prezidentinin siyasi fəaliyyətinə, islahatlar kursuna verilən növbəti böyük dəyərdir.

Şamaxıda "ASAN Həyat” Kompleksinin açılışı zamanı bir qrup gənclə görüşdə də Prezident bu mövzuya toxunaraq institusional, sistem xarakterli islahatların davam etdiriləcəyini söylədi. Prezident Administrasiyasının, Nazirlər Kabinetinin yenidən formalaşdığına, gənc nəslin nümayəndələrinin vəzifələrə təyin olunduğuna diqqət çəkən ölkə lideri fevral ayında keçiriləcək parlament seçkilərində iştirakla bağlı səsləndirdiyi fikirlərlə gənclərə yeni stimul verdi. Prezident hesab edir ki, artıq zaman yetişib, idarəetmə, qanunverici sistemlərdə yeni simalar, yeni ideyalar, yeni yanaşma lazımdır.

Cənab İlham Əliyev kadr siyasəti barədə mühafizəkar təfəkkürü aradan qaldırır və gənc nəslə şans verir, onlar üçün fəaliyyət meydanı yaradır. Ən islahatçı Prezident hər zaman güvəndiyi gənclər ordusuna etibar edir.

Ancaq Prezident söylədiyi kimi nəsillər arasında ziddiyyətlərə də yol vermək olmaz. Çünki yaşlıların təcrübəsi, gənclərin müasirliyi və bunun vəhdəti ölkəyə ancaq xeyir gətirə bilər. Elə bu səbəbdən də xalqın mütləq əksəriyyəti bu sistemli islahatları yüksək qiymətləndirir və hər kəs islahatların ölkəmizə böyük uğurlar gətirəcəyinə inanır.

Təəssüfləndirici hal odur ki, hər zaman antiazərbaycançı qüvvələrin tapşırığını yerinə yetirən ölkə müxalifəti bu uğurlara da kölgə salmağa çalışır. Yəni müxalifət yenə də öz "ampluasındadır”. Adətən, hər hansısa xarici qeyri-hökumət təşkilatının nümayəndəsinin Azərbaycanın əleyhinə səsləndirdiyi əsassız fikri əldə "bayraq” tutaraq hakimiyyətin üzərinə "hücum” çəkən aqressiv müxalifət sanki, nəyisə tapır. Dünya Bankının nüfuzlu "Doing Business” komandasının, Davos Forumunun yaydığı hesabatları görə-görə "sapı özümüzdən olan baltalar” həyata keçirilən böyük islahatlara da qara yaxmağa cəhd edirlər. İddia edirlər ki, guya islahatlar imitasiya xarakterlidir və əhalinin xeyrinə deyil, sırf hakimiyyətin öz maraqlarına xidmət edir. Halbuki islahatlar davamlı xarakter daşıyır və inkişafın daha da dərinləşməsinə xidmət edir.

Hər kəs şahidlik edir ki, Prezident məmurlara, kadrlara qarşı tələbkarlığı daha da artırır. Dövlət başçısı yeni vəzifəyə təyin etdiyi icra başçısını qəbul edərək qarşısında ciddi tapşırıqlar qoyur. Tələb edir ki, ümumi idarəetmə işlərində vəziyyət müasir standartlara uyğunlaşdırılmalıdır. Bunun üçün innovativ yanaşmalara, müxtəlif "start-up”lara daha çox ehtiyac duyulur. Şəhər və rayonlarda, ilk növbədə, iqtisadi inkişafa nail olunmalı, məşğulluq problemləri həllini tapmalıdır. Vətəndaşlarla məmurların təmas platforması genişləndirilməlidir.

Yəni, bir sözlə, "xalqın gözü tərəzidir” prinsipi qarşıdakı dövrdə məmurların fəaliyyətinin qiymətləndirilməsində əsas meyarlardan biri elan olunur. Dövlət başçısı bu proseslərin reallaşmaması fonunda cəza tədbirlərini də açıq şəkildə elan edir.

Bəs, görəsən, bütün bunlar xalqın sosial rifahının yaxşılaşdırılması üçün deyil, ancaq hakimiyyətin maraqlarına xidmət edən tapşırıqlardır?!

İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı "İslahat icmalı”nda da göstərilir ki, cənab İlham Əliyevin strateji idarəetmə siyasətinə uyğun olaraq qanunverici, icraedici və məhkəmə hakimiyyətinin, habelə yerli özünüidarəetmə, maliyyə xidmətləri üzrə tənzimləmə və nəzarət sisteminin islahatları dövlət idarəetməsinin səmərəliliyini artırmaqla, ilk növbədə, vətəndaşların, iş adamlarının maraqlarına xidmət edir. Dövlət idarəetmə islahatları isə Prezidentin strateji idarəetmə siyasətinə uyğun aparılır.

Ümumiyyətlə, idadəetmə islahatlarının məqsədi dövlət müstəqilliyinin daha da gücləndirilməsi, vətəndaş məmnunluğunun artırılması, dövlət və bazar tənzimləmələri arasında optimal nisbətin qurulması və Azərbaycanın yerli, regional, eləcə də qlobal çağırışlara daha yaxşı cavab verməsidir.

Bir daha bəlli olur ki, Azərbaycanın istənilən uğuruna sevinməyən, bəzi ünsürlər həyata heçirilən müsbət dəyişiklikləri görməzdən gəlirlər. Belə qənaət yaranır ki, bu dövlətin, xalqın xeyrinə nə varsa, onların ziyanınadır. Ona görə də xalq tarixin bütün dövrlərində onların fəaliyyətinə layiq olduqları qiyməti verib.

Bir sözlə, antiazərbaycançı şəbəkənin buyruq qullarının mənasız, boş-boş iddiaları hər zamankı kimi iflasa məhkumdur və bütün ölkə ictimaiyyəti görür ki, islahatlar Azərbaycanın dinamik inkişafının gətirdiyi yeni keyfiyyət mərhələsində baş tutur və kompleks xarakter daşıyır. Kadr islahatlarının həyata keçirilməsi əlbəttə ki, idarəetmənin təkmilləşdirilməsi məqsədinə xidmət edir.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM