Alternative content

11:05 05 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:31 05.07.2020 Xalqa arxalanan lider
00:15 05.07.2020 Bakı xanlarının sarayı
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan beynəlxalq aləmdə donor ölkə statusu alıb
Azərbaycan beynəlxalq aləmdə donor ölkə statusu alıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:57 14.12.2019


Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən inkişaf strategiyasının reallaşması nəticəsində bu gün Azərbaycanda sosial-iqtisadi inkişafın bütün istiqamətlərində tarixi nailiyyətlər əldə olunub. 2003-cü ildə ölkə Prezidenti seçilmiş İlham Əliyev ölkənin daha da müasirləşməsinə hədəflənən yeni strateji vəzifələr irəli sürüb və ölkəmizin sosial-iqtisadi həyatında radikal dönüşə nail olunub.

Bu ilin yanvarında Prezident İlham Əliyev Dünya Bankının keçmiş baş icraçı direktoru, Beynəlxalq Valyuta Fondunun hazırkı icraçı direktoru xanım Kristalina Georgiyeva ilə Davosda keçirdiyi görüşündə Dünya Bankı ilə əməkdaşlığı yüksək qiymətləndirib və bu əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb. Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu bildirən K.Georgiyeva qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi struktur və iqtisadi islahatların əhəmiyyəti son illər dünyada iqtisadi artım sürətinin azalması fonunda daha da artmaqdadır. O, Azərbaycanın nail olduğu maliyyə-iqtisadi qüdrətini nəzərə alaraq Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA) yoxsul ölkələrə yardım proqramına donor ölkə kimi qoşulmasını təklif edib. Bildirib ki, Azərbaycan vaxtilə Dünya Bankından yardım alan ölkədən qısa müddətdə donor ölkəyə çevrilib. Bu da son 20 ildə Azərbaycanda bütün sahələrdə həyata keçirilən islahatların nəticəsində mümkün olub. Dövlət başçısı Dünya Bankının sözügedən proqramda Azərbaycanın donor kimi çıxış etmək təklifini məmnuniyyətlə qəbul edib.

Dekabrın 12-də İsveçin paytaxtı Stokholmda keçirilən Beynəlxalq İnkişaf Assosiasiyasının 19-cu Resurslara Əlavələr Təşəbbüsü üzrə yekun iclasında Azərbaycanın vaxtilə BİA-dan kredit alan ölkədən Dünya Bankının yoxsul ölkələrə yardım proqramına dəstək göstərən donor ölkəyə çevrilməsi barədə rəsmi qərar qəbul edilib. Bununla da Azərbaycan Beynəlxalq İnkişaf Assosiasiyasına yalnız maliyyə dəstəyi göstərən ölkə yox, eyni zamanda, BİA ölkələri ilə özünün uğurlu inkişaf təcrübəsini bölüşməyə hazır ölkə kimi qiymətləndirilib. Toplantıda Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi, biznes idarəetmə islahatları, dövlət xidmətlərinin keyfiyyətli və səmərəli formada çatdırılması, neft gəlirlərinin istifadəsində şəffaflıq və effektivlik, iqtisadi və sosial infrastrukturun müasirləşdirilməsi və sair bu kimi istiqamətlərdə əldə olunmuş uğur təcrübəsinə malik olduğu qeyd edilib. Azərbaycanın Beynəlxalq İnkişaf Assosiasiyasına donor ölkə olması onun beynəlxalq arenada nüfuzunun artması və etibarlı qlobal tərəfdaş olmasının yeni bir nümunəsidir. Hazırda Beynəlxalq İnkişaf Assosiasiyasına üzv olan 173 ölkədən yalnız 55-i donor ölkə statusuna malikdir.

Qeyd edək ki, əslində Azərbaycan vaxtilə Beynəlxalq İnkişaf Assosiasiyası üzrə kreditlərin böyük hissəsini vaxtından əvvəl ödəməklə quruma donorluq dəstəyi göstərib. Belə ki, 2012-ci ildə Beynəlxalq İnkişaf Assosiasiyası Azərbaycanın böyük iqtisadi uğurlara nail olduğunu, maliyyə qüdrətinin artdığını və bunun nəticəsində dünyada yuxarı orta gəlirli ölkələr sırasına daxil olduğunu nəzərə alaraq, qalıq borcların ödənilməsinin sürətləndirilməsi və vaxtından əvvəl qismən ödənilməsi üçün Azərbaycana müraciət edib. Azərbaycan bu müraciətə dəstək olaraq 2013-cü ildə Beynəlxalq İnkişaf Assosiasiyasına 300 milyon dollar vəsait ödəyib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM