14 Dekabr 2019 00:56
501
SİYASƏT
A- A+

Dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycanın təşəbbüsləri BMT-də yüksək qiymətləndirilib


BMT Baş Assambleyası dekabrın 12-də qurumun Nyu Yorkdakı iqamətgahında keçirilmiş plenar iclasında "Dünyanın rifahı naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviqi” qətnaməsini yekdilliklə qəbul edib.

AZƏRTAC xəbər verir ki, Pakistan və Filippinin 59 həmmüəllif adından təqdim etdiyi qətnamədə Azərbaycanın UNESKO, İSESKO, BMT Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası ilə əməkdaşlıq şəraitində hər iki ildən bir təşkil etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ayrıca paraqraf həsr edilib. Baş Assambleya qətnamədə "mədəniyyətlərarası dialoqun təşviqi üçün qlobal platforma kimi” Ümumdünya Forumunun mühüm rolunu vurğulayıb.

BMT-nin Baş katibi Antonio Quterreş BMT Baş Assambleyasının 74-cü sessiyasında təqdim olunmuş "Dünyanın rifahı naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviqi” adlı məruzəsində bu ilin mayında Bakıda keçirilmiş beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna xüsusi diqqət yetirib. Baş katib fikrini belə ifadə edib: "Forum üç əsas mövzuya həsr edilib: müxtəlifliyin tənzimlənməsi; gənclər və mədəniyyətlərarası liderlik; insanların yerdəyişməsi və təhlükəsizliyi. Məsələn, forum iştirakçıları novator ideyalardan istifadə olunması və yeni strateji əməkdaşlıq kontekstində yerinə yetiriləcək irimiqyaslı vəzifələr qarşıya qoyulması əsasında konkret addımları fəallaşdırmaq üçün platforma kimi forumun əhəmiyyətini artırmağa çalışıblar.

Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Baş Assambleyanın həmin plenar iclasında çıxış edib. O, ölkə hökumətinin dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə dair ardıcıl səyləri və təşəbbüsləri, habelə beynəlxalq gündəmdə duran mədəniyyətlərarası dialoqda "Bakı prosesi”nin və Ümumdünya Forumunun əhəmiyyətli rolu barədə məlumat verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video