Alternative content

10:25 05 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:31 05.07.2020 Xalqa arxalanan lider
00:15 05.07.2020 Bakı xanlarının sarayı
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mərkəzi Bank uçot dərəcəsini endirib
Mərkəzi Bank uçot dərəcəsini endirib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:54 14.12.2019


Azərbaycan Respublikası Mərkəzi Bankının idarə heyəti uçot dərəcəsinin 25 baza punktu azaldılaraq 7,75 faizdən 7,5 faizə endirilməsi haqqında qərar qəbul edib.

Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1,75 faizlik diapazonda müəyyənləşdirilib (9,25 faiz və 5,75 faiz).

İdarə heyətinin pul siyasətinə dair son toplantısından keçən dövrdə illik inflyasiya proqnozlaşdırılan trayektoriyadan kənara çıxmayıb və hədəf diapazonunun mərkəzindən aşağıda qalıb.

Bir sıra daxili və xarici amillərin təsirinə baxmayaraq inflyasiya gözləntiləri stabil olaraq qalır. Son meyilləri nəzərə alaraq Mərkəzi Bank cari ilin sonuna inflyasiya proqnozuna azalma istiqamətində təshih edib. Bu, qısamüddətli dövrdə inflyasiya riskləri balansında sabitləşdirici amillərin üstünlüyünü qoruması ilə əlaqədardır. Ortamüddətli dövrə isə inflyasiya riskləri real faiz dərəcələrini pozitiv zonada saxlamağı zəruri edir.

Faiz dəhlizi parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiyanın elan edilmiş hədəfdən yayınması dərəcəsindən, dəyişən makroiqtisadi şəraitdən və risklərin reallaşma ehtimalından asılı olaraq qəbul ediləcək.


İnflyasiyanın dinamikası


İdarə heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə istehlak qiymətlərinin dinamikasında nəzərəçarpacaq dəyişiklik müşahidə edilməyib. Rəsmi statistikaya görə, noyabrda illik inflyasiya 2,6 faiz təşkil edib ki, bu da hədəf diapazonunun aşağı həddinə daha yaxındır.

Bütövlükdə, 12 ayda istehlak səbətinə daxil olan məhsulların 8,8 faizinin qiyməti dəyişməyib, 15,4 faizinin qiyməti aşağı düşüb. Bahalaşan məhsul və xidmətlərin 46,4 faizinin qiymət artımı 2 faizdən aşağı olub.

İstehlak səbətində əhəmiyyətli çəkiyə malik ərzaq məhsulları üzrə qiymət indeksi noyabrda illik əsasda 4,8 faiz artıb. Dünya ərzaq qiymətlərində artım meyillərinin güclənməsi inflyasiya idxalı kanalı ilə daxili ərzaq inflyasiyasına təsir göstərən əsas amillərdən biridir. Dünya ərzaq qiymətləri noyabrda əvvəlki aya nəzərən 2,7 faiz, ötən ilin eyni dövrünə nəzərən isə 9,5 faiz yüksəlib. Digər tərəfdən mövsümü amillər bəzi yerli kənd təsərrüfatı mallarının qiymətlərinə artırıcı təsir edir.

Qeyri-ərzaq məhsulları və xidmətlər üzrə illik bahalaşma templərinin (müvafiq olaraq 1 faiz və 0,9 faiz) azalması ümumi inflyasiyaya məhdudlaşdırıcı təsir göstərir.

Əlverişli xarici şərait, ikitərəfli və çoxtərəfli məzənnələrdə sabitlik, adekvat monetar mühit, inzibati qiymətlərin dinamikası və aşağı inflyasiya gözləntiləri ümumi inflyasiyanın aşağı səviyyədə qalmasını dəstəkləyən başlıca amillərdir.

Faktiki inflyasiyanın aşağı səviyyəsi və milli valyutanın məzənnəsinin dayanıqlığı inflyasiya gözləntilərinin stabil qalmasına imkan verməkdədir. Real sektor monitorinqinin nəticələrinə görə, noyabrda əvvəlki aya nəzərən 3 aylıq qiymət gözləntiləri qeyri-neft emal sənayesi, tikinti və xidmət sektorlarında azalma, ticarət sektorunda isə artım meyilinə malik olub, bütövlükdə indeks neqativ zonada qərarlaşıb.

Son meyilləri nəzərə almaqla Mərkəzi Bank cari ilin sonuna inflyasiya proqnozuna azalma istiqamətində təshihlər edib. Yenilənmiş proqnozlar 2019-cu ilin sonuna inflyasiyanın 2,8-3 faiz intervalında olacağını göstərir. Mövcud makroiqtisadi meyillərin davam etməsi halında 2020-ci ildə də inflyasiyanın dinamikasında əhəmiyyətli dəyişikliklər gözlənilmir.


Monetar şərait


İdarə heyətinin ötən iclasından keçən müddətdə monetar şərait yumşalmaqda davam edib ki, bu da məcmu tələbin iqtisadiyyatın potensialına uyğun olaraq dəyişməsinə xidmət edir.

Manatla pul bazasının artım tempinin yüksələrək 14 faiz çatması əsasən vahid xəzinə hesabından da istifadə edilməklə büdcə xərcləmələri ilə bağlıdır.

Monetar şəraitin yumşalmasının depozit faizlərinə azaldıcı təsirlərinə baxmayaraq fiziki şəxslərin manat əmanətlərinin bu ilin 11 ayında 26,9 faiz artması milli valyutada yığımların cəlbediciliyini göstərir. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması ilin əvvəlindəki 62,5 faizdən noyabr ayında 54,1 faizə, o cümlədən rezident fiziki şəxslər üzrə müvafiq olaraq 54,6 faizdən 49,5 faizə enib.

Pul siyasətinin yumşalmasının kredit aktivliyinə də müsbət təsirləri hiss olunmaqdadır. İlin əvvəlindən kredit qoyuluşları (banklar və bank olmayan kredit təşkilatları daxil olmaqla) 16,1 faiz artıb. O cümlədən ev təsərrüfatlarına verilmiş kreditlər 21 faiz, hüquqi şəxslərə kreditlər isə 11,6 faiz artıb.


İqtisadi aktivlik


İqtisadi artım tempinin yüksəlməsi prosesi davam edir. Rəsmi statistikaya görə, cari ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrünə nəzərən real iqtisadi artım 2,1 faiz təşkil edib. İqtisadi artım qeyri-neft sektorunda 3,6 faiz olub ki, bu da əsasən ticari sektordan qaynaqlanıb. Qeyri-neft sənayesində 15,7 faiz, kənd təsərrüfatında 7,3 faiz artım müşahidə olunub.

Daxili tələbin genişlənməsinin əsas faktorları dövlətin sosial xərclərinin artması və kredit aktivliyinin tədricən yüksəlməsidir. Sosialyönümlü fiskal stimulların genişlənməsi şəraitində əhalinin nominal gəlirləri 10 ayda ötən ilin eyni dövrünə nəzərən 6,9 faiz artıb ki, bu da illik inflyasiyanı əhəmiyyətli üstələyir.

Real sektor monitorinqinin nəticələrinə əsasən biznes inam indeksi noyabrda ötən ayla müqayisədə qeyri-neft sənayesində, ticarət və tikinti sektorlarında artım, xidmət sektorunda isə (mövsümi faktor) nisbi sabitlik meyili nümayiş etdirib.

Əlverişli beynəlxalq konyunktur və qeyri-neft sektorunun ixrac potensialının yüksəlməsi xarici ticarət balansında irihəcmli profisiti qorumağa imkan verir. Son bir ayda neftin dünya qiyməti yenidən artmağa meyil göstərib. 11 ay üzrə brent markalı neftin 1 barelinin orta qiyməti 64,1 ABŞ dollar təşkil edib. Bu, 2018-ci il üzrə orta qiymətdən (72 ABŞ dolları) aşağı olsa da, ticarət balansının əhəmiyyətli profisitini təmin edir. İlkin rəqəmlərə görə, cari ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 2,3 faiz, o cümlədən qeyri-neft ixracı 17,5 faiz artıb, monetar qızıl idxalı nəzərə alınmadan qeyri-neft idxalının artımı 9 faiz olub.

Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən 12,7 faiz və ya 5,7 milyard dollar artaraq 50,4 milyard dollara çatıb.


İnflyasiya riskləri


İdarə heyətinin pul siyasətinə həsr olunmuş son iclasından bəri inflyasiyanın risklər balansında əhəmiyyətli dəyişiklik baş verməyib. Profisitli tədiyə balansı, dayanıqlı məzənnə, adekvat monetar şərait və aşağı inflyasiya gözləntiləri qiymətlərə sabitləşdirici təsir göstərir.

Ortamüddətli dövrə risklər əsasən xarici sektorla - qlobal iqtisadi artımın səngiməsi, bunun enerji daşıyıcıları qiymətlərinə mümkün təsirləri və dünya ərzaq bazarında bahalaşmanın davam etməsi ilə bağlıdır. Beynəlxalq Valyuta Fondunun son qiymətləndirmələrinə görə, qlobal iqtisadi artım tempi qlobal maliyyə böhranından keçən dövrdən ən aşağı səviyyəyə enib. Fond növbəti il və ortamüddətli dövrə qlobal iqtisadi aktivliyin artım tempini azalma istiqamətində təshih edib. Daxili risk faktorlarına isə genişlənən büdcə xərcləri nəticəsində pul kütləsinin artması və istehlak kreditlərinin inflyasyon genişlənməsi aiddir. Ortamüddətli dövrdə də pul siyasəti ilə sıx koordinasiya edilmiş qayda əsaslı fiskal siyasət qiymət sabitliyinin dayanıqlığının əsas şərtlərindən biri olaraq qalacaq.

Mərkəzi Bank faiz dəhlizi parametrlərinə dair növbəti qərarlarını faktiki və hədəflənən inflyasiyanın uzlaşma dərəcəsindən, dəyişən makroiqtisadi şəraitdən və risklərin reallaşma ehtimalından asılı olaraq qəbul ediləcək.

Bu qərar dekabrın 13-dən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı barədə məlumat 2020-ci il yanvarın 31-də ictimaiyyətə açıqlanacaq.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM