Alternative content

19:37 17 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistanda sabiqlərə qarşı həbs dalğası
Ermənistanda sabiqlərə qarşı həbs dalğası
ANA SƏHİFƏ / SİYASƏT
00:53 14.12.2019


Paşinyan ölkənin keçmiş prezidentləri ilə ayrı-ayrılıqda haqq-hesab çürüdür


Ermənistanda əhalinin 2018-ci ilin may ayında ölkədəki hakimiyyət dəyişikliyindən sonra gözləntiləri müsbət olsa da, bununla bağlı hər hansı bir sürpriz yaşanmadı. Nikol Paşinyanın baş nazir seçilməsindən il yarım ötsə də, vəziyyət yenə də əvvəlki kimi ağır durumdadır. Ölkədə sosial-iqtisadi müstəvidə vəziyyətin getdikcə daha da pisləşməsi fonunda korrupsiyanın miqyası durmadan genişlənir. Mövcud sosial-iqtisadi durum bu ölkədə əhalinin yaşayış səviyyəsinin daha böyük sürətlə pisləşməkdə olduğunu göstərir.

Ötən müddət ərzində baş nazir mövcud problemləri aradan qaldırmaq əvəzinə daxili və xarici narazılıqlara baxmayaraq, Ermənistanda keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan komandasında təmsil edilənlərə, onların yaxınlarına qarşı həbs dalğasını davam etdirib. Bunun ən real təsdiqi Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın həbs olunmasıdır. Ona qarşı 2008-ci il martın 1-dəki hadisələrə dair cinayət işi çərçivəsində ölkənin konstitusion quruluşunu devirməsi ittihamı irəli sürülmüşdü.


Növbəti hədəf Sarkisyandır


Baş nazirin növbəti əsas hədəfi sabiq prezident Serj Sarkisyandır. O, bunun üçün səbəblər də tapıb. Belə ki, Serj Sarkisyan dövlət büdcəsindən 2013-cü il yanvarın 25-dən fevralın 7-dək 489 milyon dram (1 milyon dollardan çox) pulu mənimsəmədə və israf etməkdə ittiham olunur. Sabiq prezidentin ölkədən çıxması ilə bağlı qadağa qərarı qəbul edilib. Serj Sarkisyana qarşı ilkin istintaq araşdırmaları çərçivəsində Ermənistan Cinayət Məcəlləsinin 38-179-cu maddələrinə (mənimsəmə və israfçılıq) əsasən ittiham irəli sürülüb.

"Politnaviqator” agentliyi bununla bağlı yazıb ki, Paşinyan Ermənistanın keçmiş prezidentləri ilə ayrı-ayrılıqda haqq-hesab çürüdür. Bildirilib ki, Ermənistanda hakim maydansevərlər və qrantyeyənlər qrupu korrupsiyaya qarşı mübarizə adı altında respublikanın sabiq rəhbərliyinə qarşı səlib yürüşünü davam etdirir. Lakin paşinyançıların qəribə şıltaqlığına görə zərbəyə sırf Sarkisyan-Koçaryan koalisiyasının nümayəndələri tuş gəliblər: "Məlum olduğu kimi, keçmiş prezident Koçaryan 2008-ci ilin martında seçkiləri tam uduzmuş prezidentliyə namizəd Ter-Petrosyanın (səslərin 21,5 faizini toplayıb) tərəfdarları tərəfindən təşkil edilmiş "Yerevan-maydan”ın zorla qovulmasına görə "konstitusiya quruluşunun devrilməsi” kimi cəfəng bir ittihamla həbs edilib. Müstəntiqlər ona 3 milyon dollar məbləğində rüşvət işini "sırıya” bilməyiblər. Koçaryan Vovayeviçin qərarı ilə istintaq təcridxanasına qayıdıb. İndi də Paşinyan barmaqlarını Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana doğru uzatmaq qərarına gəlib. Sarkisyan fermerlərə dəstək milli layihəsi çərçivəsində dövlət üçün dizel yanacağının tədarükü tenderi ilə bağlı epizodda təqsirləndirilir.

Tender zamanı yaranmış vəziyyət təkcə Ermənistan üçün deyil, bütün postsovet məkanı üçün çox səciyyəvidir. Hərracda dizel yanacağına ən aşağı qiymətlər təklif etmiş firma yerinə, Sarkisyanın hansısa dostu, dizel yanacağını baha qiymətə itələyən şəxs qalib gəlib. Nəticədə dövlətə bir milyon dollardan çox ziyan dəyib”.

Qeyd olunub ki, bu hadisə sabiq prezidentə başucalığı gətirmir, lakin Sarkisyana cinayət işi açılmasını birbaşa Ermənistan Konstitusiyasının maddəsi qadağan edir. Həmin maddəyə görə, dövlətin birinci şəxsləri keçmiş işlərinə görə cəzalandırıla bilməz. Paşinyanın ətrafındakı ekspertlər donquldanaraq deyirlər: "Nə olsun, bu, boş formalizmdir: biz impiçment haqqında müddəadan istifadə edərək onu cinayət məsuliyyətinə cəlb edəcəyik”. Burada başını tutmayasan, nə edəsən. İndiyədək impiçment yalnız fəaliyyətdə olan prezidentə şamil olunurdu. İstefada olan şəxsə impiçment elan etmək hətta nonsens deyil, sözün həqiqi mənasında marazmdır. Əgər Paşinyanın və onun ətrafının Sarkisyanı korrupsiyaya görə cəzalandırmaq üçün əlləri bu dərəcədə güclü gicişirsə, onda konstitusiyaya düzəlişlər edilsin.


"Baş nazirin özünü də nə vaxtsa divara qısnayacaqlar”


Vurğulanır ki, Paşinyan da ömrü boyu baş nazir vəzifəsini tutmayacaq, onun özünü də nə vaxtsa elədiyi saysız-hesabsız səhvlərə görə divara qısnayacaqlar. Bu maraqlı ssenari heç bir işə yaramır. Sonunda Sarkisyan tək deyil ki. Sabiq prezidentin bir vaxtlar ürək genişliyi nümayiş etdirib yardım göstərdiyi tərəfdarları və "xaç övladları” azadlıqda dolaşırlar. Nə edirsinizsə edin, araşdırın, sübuta yetirin, həbsə atın. Lakin məlum olduğu kimi, Paşinyanın bəzən qanunun tələblərini və nəzakət qaydalarını büsbütün inkar edən daosu var. Elə götürək Vovayeviçin may ayında öz tərəfdarlarına respublikanın məhkəmə orqanlarının fəaliyyətini dayandırmaq çağırışını. Axı hakimlər maydan baş nazirin istəyinə görə özlərini buraxmaq istəmədilər.

Qanuna görə isə bu "inqilabçının” və onun ətrafının hakimləri tutduqları vəzifələrindən azad etmək səlahiyyəti yoxdur: odur ki, "qoy onların öhdəsindən xalq özü gəlsin”. Bəs bu kabab sevən qisasçı baş nazir dizel yanacağı ilə bağlı çoxdankı işə görə Serj Sarkisyanı nə üçün küncə sıxışdırıb? Axı qanuna əsasən, ona çırtma vurmağa da haqqı yoxdur. Özü də nə üçün məhz indi? Axı sonra keçmiş baş nazir olmuş keçmiş prezident hakimiyyəti faktiki olaraq Paşinyana peşkəş edib. Belə bir hiss yaranır ki, qisasçılıq Paşinyanın bütün səbəb və əməllərinə o dərəcədə sirayət edib ki, o, sosial ədalət və bizdə toxunulmaz adamlar yoxdur harayı ilə çoxdan mətbəx-kommunal xırdaçılığına və şəxsi intiqam hisslərinə yuvarlanıb. Sarkisyana gəldikdə isə 2008-ci ilin fevral seçkilərində məhz o, öz opponentlərini, o cümlədən bir vaxtlar Paşinyanın buyruq uşağı kimi yanında işlədiyi Levon-ter-Petrosyanı geridə qoyaraq Ermənistanın üçüncü prezidenti olub. Yəni formal olaraq, Sarkisyanın "Bir mart” işinə də aidiyyəti var və deməli, o, Paşinyanın "konstitusiya quruluşuna sui-qəsd”ə görə həbsxanada oturmasında "günahkardır”.


"Sarkisyan Paşinyanı Avropaya diktator kimi təqdim edib”


Məqalədə, həmçinin bildirilir ki, Paşinyan yaxın vaxtlara qədər Sarkisyandan hesab sormağa tələsməyib və onu bir növ desert üçün saxlayıb, yəni əvvəlcə daha çox nifrət etdiyi Robert Koçaryanla haqq-hesab çürütmək istəyib: "Hər halda, Paşinyanın baş nazirliyi hələ müddətinin ortasına da çatmayıb, yeni administrasiyasının nəzərəçarpan uğurları da yoxdur, beləliklə, öz reytinqini gücləndirmək üçün namünasib olan və sıfır dəstəyə malik eks-prezidenti nümunəvi-nümayişkaranə tənqid vasitəsi kimi döyərək ehtiyatda saxlamaq heç vaxt əngəl deyil. Lakin Sarkisyan siçandan da sakit süpürgənin arxasında gizlənmək və keçmiş xatirələri oyatmamaq yerinə, noyabrın sonunda birdən-birə Xorvatiyanın Zaqreb şəhərində keçirilən Avropa Xalq Partiyasının sammitində Paşinyanı və ətrafını sərt tənqid atəşinə tutaraq özünü zərbə altında qoyub.

"Populistlərin hakimiyyətə gəlməsində” öz üzərindəki məsuliyyəti inkar etməyən Sarkisyan Paşinyana konstitusiya və demokratiya normalarının pozulmasını, şəxsi motivlərlə siyasi təqibləri və cəmiyyətin həyatının yaxşılaşdırılması istiqamətində şübhəli uğurları da xatırladıb, hətta Yerevanda qərar vermək səlahiyyəti olan kimlərisə narahat edən bir-iki siyasi bəyanatlar da verib. Birincisi, Sarkisyan Ermənistanla Aİ arasında yaxşı münasibətlərin inkişafının əsasının onun prezidentliyi dövründə qoyulduğunu bəyan edərək ən yaralı yerə toxunub. İkincisi, Bakıya mesaj verilib ki, "Artsax (Dağlıq Qarabağ) heç bir vaxt Azərbaycanın tərkibinə qaytarılmayacaq”. Üçüncüsü, Paşinyanı Avropa mühitində xırda və çox qisasçı diktator kimi təqdim edərək evin sirrini bayıra çıxarıb. MXAT sayağı pauza gözlədikdən sonra təzadlara istinad etməklə Paşinyanın tərəfdarları Sarkisyana cavab hazırlayıblar”.

Sabiq prezidentin ünvanına ittihamlar səsləndirməklə yanaşı, ictimaiyyəti Ermənistanın yeni İnformasiya, İdman və Gənclər Siyasəti nazirinin korrupsiyaya görə saxlanılması xəbəri ilə sevindiriblər. Guya, "inqilab hökuməti hər kəsə qarşı sərt və ədalətli münasibət sərgiləyir”. Hərçənd, nə qədər riyakarlıq etsələr də, Paşinyan tərəfdarları teatr tamaşası quruluşunu gizlədə bilməyiblər. Paşinyan administrasiyasına qarşı qanuni sual meydana çıxır: "bizdə mühakimə oluna bilməyəcək məmurlar yoxdur” tezisinin bəyan olunmasına rəğmən nədən Vovayeviçin keçmiş rəisi və himayədarı, eks-prezident Levon Ter-Petrosyan cidd-cəhdlə zərb altından çıxarılıb? Paşinyanın tərəfdarlarının buna da cavabı var: guya Ter-Petrosyan postsovet Ermənistanın birinci prezidenti olsa da və onun hakimiyyəti dövründə bir çox mənfi hadisələr baş versə də, amma bunlar o qədər çoxdan olub ki, artıq demək olar ki, həqiqətə uyğun deyil. Üzərindən iyirmi ildən çox keçib - bütün yararlılıq müddətləri bitib və hər şeyin üzərini toz basıb”.

Bütün bunlar Ermənistanın üzləşdiyi problemlərin miqyasının daha da genişlənəcəyini, ölkənin təkcə sosial-iqtisadi yox, həm də siyasi müstəvidə böhrana düçar olacağını göstərir. Bu vəziyyətdə isə Ermənistanın bir dövlət olaraq məhvə məhkumluğu labüddür.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM