Alternative content

02:04 08 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri İlahiyyat İnstitutunda olub
Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri İlahiyyat İnstitutunda olub
ANA SƏHİFƏ / Təhsil
00:52 14.12.2019


Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib.

Səfiri İnstitutda görməkdən məmnunluğunu ifadə edən Aİİ rektoru Ceyhun Məmmədov ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu, Prezident cənab İlham Əliyevin müsəlman ölkələri ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.

C.Məmmədov Azərbaycanda yüksək dini-mənəvi mühitin mövcud olduğunu, dövlət-din siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda bu siyasətin ölkə rəhbəri İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə çatdırıb. O vurğulayıb ki, ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirilir.

Aİİ rəhbəri institut haqqında ümumi məlumat verərək ali təhsil müəssisəsinin yaranma tarixi, fəaliyyət istiqamətləri, eləcə də beynəlxalq əlaqələrindən və təhsil standartlarından bəhs edib. O bildirib ki, Aİİ-də tələbələr müasir sosial elmlərin metodları əsasında islamla yanaşı, digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm və digər elmlərin mənimsənilməsi imkanına malikdirlər.

C.Məmmədov ali təhsil müəssisəsində xarici dillərin öyrənilməsinə, xüsusilə ərəb dilinin tədrisinə böyük önəm verildiyini qeyd edib.

Fövqəladə və səlahiyyətli səfir Haməd bin Abdullah bin Səud bin Xudeyr Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətə başlamasını böyük məmnunluqla qarşıladığını, ali təhsil müəssisəsinin məqsəd və hədəflərini yüksək qiymətləndirdiyini bildirib. Səudiyyə Ərəbistanı Krallığı haqqında məlumat verən səfir ölkənin ali təhsil mərkəzləri, o cümlədən, İslam universitetləri haqqında da danışıb.

Səfir təmsil etdiyi ölkənin universitetləri ilə Aİİ arasında əlaqələrin təşkili, qarşılıqlı təcrübə mübadiləsi məsələlərinə də toxunub.

Görüşdə gələcək əməkdaşlıqla yanaşı, tələbə-müəllim mübadiləsi və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sonda qonaq ali təhsil müəssisəsinin kitabxanası ilə tanış olub.

Xəyalə MURADLI,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM