Britaniyalı mühafizəkarların inamlı qələbəsi
Brexitin yolu açılır
Böyük Britaniyada Baş Nazir Boris Consonun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası srağagün keçirilmiş növbədənkənar parlament seçkilərində inamlı qələbə qazanmışdır. İlkin məlumata görə, mühafizəkarlar parlamentin aşağı palatasında - İcmalar Palatasında 650 yerin 364-nə sahib olmuşlar.
Bununla hakim partiya mütləq əksəriyyət əldə etmişdir və ölkəni müstəqil, tərəfdaş olmadan idarə etmək hüququ qazanmışdır. Bu, Mühafizəkarlar Partiyasının 1987-ci ildən bəri ən böyük qələbəsidir; o vaxt Marqaret Tetçer böyük fərqlə qalib gəlmişdi.
Mühafizəkarların əsas rəqibi - Leyboristlər Partiyası 203 mandatla kifayətlənmişdir. İcmalar Palatasında Liberal Demokratlar Partiyası 11 deputatla, Şotland Milli Partiyası (ŞMP) 48 parlamentarla təmsil olunacaq. Hökuməti təşkil etmək üçün partiya 325-dən çox mandat əldə etməlidir.
Boris Conson artıq qələbəni qeyd edir və partiyadaşlarını bayramdan həzz almağa çağırır. O, Mühafizəkarlar Partiyasının üzvlərinə elektron poçtla göndərdiyi məktubda qeyd etmişdir ki, "bu, tarixi seçkidir, bizə Britaniya xalqının iradəsini reallaşdırmağa, ölkəni yaxşılığa doğru dəyişməyə imkan verir”.
Baş Nazirin özü 25 min seçicinin dəstəyi ilə parlamentə seçilmişdir. Birləşmiş Krallıqda bütün nazirlər, o cümlədən hökumətin başçısı parlamentin üzvü olmalıdırlar. Siyasətçi İcmalar Palatasına seçilməyəndə Nazirlər Kabinetinin tərkibinə daxil olmaq hüququnu itirir. Sabiq Baş Nazir Tereza Mey də İcmalar Palatasında yerini qoruyub saxlamışdır.
Leyboristlərin lideri Ceremi Korbin də yenidən parlamentin deputatı olmuşdur. Bununla yanaşı, o bildirmişdir ki, gələcəkdə partiyanın rəhbəri vəzifəsindən gedəcək: "Bu, Leyboristlər Partiyası üçün məyusedici nəticədir... Aydındır ki, partiyanı növbəti seçkilərə mən aparmayacağam”. Korbin əlavə etmişdir ki, seçkilərin ardınca məsləhətləşmələr keçiriləcək və partiyanın yeni lideri seçiləcək.
Öz növbəsində Liberal Demokratlar Partiyasının lideri, Birləşmiş Krallığın Avropa İttifaqında (Aİ) qalmasına tərəfdar olan Co Suinson parlamentə seçilə bilməmişdir. Partiyasının ölkədə üçüncü siyasi qüvvə kimi mövqeyini möhkəmlətməyə çalışan siyasətçi ŞMP-nin nümayəndəsinə cəmi 149 səs fərqi ilə uduzmuşdur. Suinsonun rəhbərliyi ilə liberal demokratlar Brexiti ləğv etmək məqsədini qarşıya qoyaraq radikal mövqe tuturdular.
Şotlandiyanın Birinci Naziri, ŞMP-nin lideri Nikola Stercen partiyasının növbədənkənar parlament seçkilərində qazandığı uğur fonunda regionun müstəqilliyi haqqında yenidən referendum keçirilməsinə nail olmaq niyyətindədir. Stercenin tərəfdarlarının 2017-ci il seçkiləri ilə müqayisədə bu dəfə daha yaxşı nəticə əldə etməsi ŞMP-nin Britaniya parlamentində Şotlandiyanın maraqlarının vahid təmsilçisi kimi çıxış etməsinə zəmin yaradır. Partiyanın lideri qeyd etmişdir ki, "indi bizim Şotlandiya əhalisinə gələcəyini seçməyi təklif etmək üçün mandatımız var”. O vurğulamışdır ki, Boris Consonun Şotlandiyanı Aİ-dən çıxarmaq üçün heç bir mandatı yoxdur, şotlandlar isə 2016-cı il referendumunda Brexitin əleyhinə səs vermişdilər.
Şotlandiyanın müstəqilliyi məsələsinə dair referendum 2014-cü ildə keçirilmişdir. O vaxt seçicilərin 55 faizi Edinburqla London arasında birliyin qorunub saxlanmasına tərəfdar çıxmışdı. Lakin Şotlandiyada seçicilərin əksəriyyəti Birləşmiş Krallığın Aİ-də qalıb-qalmamasını müəyyən edən ümumbritaniya referendumunda Brexiti dəstəkləməmişdir. Bu məqam ŞMP-nin müstəqillik referendumunu gündəliyə gətirməsinə imkan vermişdir. Partiyanın lideri Stercen Şotlandiya parlamentinin hazırkı çağırışının səlahiyyətləri 2021-ci ildə bitənədək yeni müstəqillik referendumu təşkil etmək niyyətindədir.
Növbədənkənar parlament seçkiləri başa çatandan sonra Britaniya ictimaiyyətinin diqqəti dərhal Brexit proseduruna yönəlmişdir. Birləşmiş Krallığın Baş Naziri Conson hələ seçkiqabağı təşviqat kampaniyası zamanı bəyan etmişdi ki, onun əsas məqsədi ölkəni gələn ayın 31-dək Aİ-dən çıxarmaqdır. O, dünən səsvermənin ilkin nəticələri elan olunduqdan sonra Londonda seçicilər qarşısında çıxış edərkən bildirmişdir ki, Böyük Britaniya Aİ-ni müəyyən olunmuş vaxtda tərk edəcək: "Biz Brexiti vaxtında - yanvarın 31-də heç bir "amma”, "əgər” və ya "ola bilsin”siz reallaşdıracağıq. Birləşmiş Krallıq Aİ-ni bütövlükdə tərk edərək qanunlarımıza, sərhədlərimizə, maliyyəmizə, ticarətimizə və immiqrasiya sistemimizə nəzarəti özünə qaytaracaq”. Hökumətin başçısı həmçinin qeyd etmişdir ki, növbədənkənar seçkilərin nəticələri Brexit üzrə təkrar referendumun keçirilməsi təhlükəsini aradan qaldırır.
Öz növbəsində Aİ Böyük Britaniyanın Baş Nazirindən ölkənin Aİ-dən çıxması haqqında sazişin tezliklə ratifikasiya olunmasını gözləyir. Aİ Şurasının sədri Şarl Mişelin dediyinə görə, Aİ Birləşmiş Krallıqla qarşılıqlı olaraq tarazlaşdırılmış şərtləri təmin edən yeni ticarət sazişi barədə razılığa gəlmək üçün Londonla danışıqların ikinci mərhələsini istənilən vaxt başlamağa hazırdır.
Allahverdi MEHDİYEV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Kainat sirlərini açacaq texnoloji yenilik
29 Mart
“Opel Astra”nın hibrid variantı təqdim olunub
29 Mart
Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb
29 Mart
XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir
29 Mart
Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək
29 Mart
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb
29 Mart
Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb
29 Mart
“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQL...
29 Mart
"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub...
29 Mart
Almaniyada kimlər daha çox pensiya alır?
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!