Alternative content

16:22 21 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sankt-Peterburqda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb
Sankt-Peterburqda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb
ANA SƏHİFƏ / SİYASƏT
23:14 13.12.2019

Sankt-Peterburqun tanınmış ictimai xadimləri, ziyalıları və Azərbaycan diasporunun nümayəndələri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini Ulu Öndərin Qaroxovaya küçəsindəki xatirə lövhəsinin qarşısında anıblar.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun təşkilatçılığı ilə keçirilən anım mərasiminin iştirakçıları həmvətənlərimiz, diplomatlar və Rusiya Azərbaycanlı Gənclər Təşkilatının üzvləri görkəmli siyasi xadim Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Baş konsul Sultan Qasımov Azərbaycan xalqının ümummilli lideri, həyat və fəaliyyətini vətənin rifahına həsr etmiş Heydər Əliyevin Azərbaycanın inkişafı naminə həyata keçirdiyi islahatlardan söhbət açıb. Baş konsul bildirib ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyinin banisidir və onun bizə bəxş etdiyi müstəqil dövlət sarsılmazdır.

Sultan Qasımov məhz ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə dövlətçiliyin möhkəm əsaslarının qoyulduğunu və xalqın tərəqqisi naminə genişmiqyaslı layihələrin həyata keçirildiyini xatırladıb. Diplomat qeyd edib ki, bu gün dövlətimiz sürətlə inkişaf edir. Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyev Azərbaycanın inkişafı, müstəqilliyimizin təminatı naminə uğurlu daxili və xarici siyasət kursunu davam etdirir, ölkədə köklü islahatlar həyata keçirilir. Dahi siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyev SSRİ-də rəhbər vəzifələrdə çalışanda Azərbaycanla yanaşı, bütün Sovet İttifaqının iqtisadiyyatının və mədəniyyətinin inkişafına böyük töhfələr verib. Baş konsul, həmçinin rusiyalıların Heydər Əliyevin siyasi xadim kimi fəaliyyətini yüksək qiymətləndirdiklərini, Ulu Öndərin uzaqgörən siyasətinin, Rusiya və digər xarici ölkələrdə yaşayan həmvətənlərimizə göstərdiyi diqqətin soydaşlarımızın birliyinə və xalq diplomatiyasının inkişafına səbəb olduğunu vurğulayıb. Qeyd edilib ki, müstəqil Azərbaycanın hüquqları və xalqın mənafeləri məhz Heydər Əliyev tərəfindən beynəlxalq aləmdə, nüfuzlu təşkilatlarda müdafiə olunub. Ümummilli Liderin sarsılmaz iradəsi nəticəsində Azərbaycanın müstəqilliyi möhkəmlənib.

Baş konsul vurğulayıb ki, ümummilli lider Heydər Əliyev Azərbaycan-Rusiya münasibətlərinin inkişafına xüsusi diqqət yetirib və bu gün onun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə ikitərəfli münasibətlər, çoxşaxəli əməkdaşlıq və strateji tərəfdaşlıq yeni müstəviyə keçib.

Sankt-Peterburqda fəaliyyət göstərən "Azərbaycan Milli-Mədəni Muxtariyyəti”nin sədri Vaqif Məmişov və diaspor fəallarımız çıxış edərək Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, beynəlxalq aləmdə nüfuzunun artmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıblar. Tədbir iştirakçıları Azərbaycan dövlətçiliyinin qurulmasında və xaricdə yaşayan həmvətənlərimizin vahid diaspor olaraq təşkilatlanmasında Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi qeyd ediblər.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin xaricdə yaşayan həmvətənlərə, o cümlədən Azərbaycanın gələcəyi olan gənclərimizin təhsilinə, ölkə mədəniyyətinin təbliğinə, iqtisadi inkişafa və digər vacib sahələrə göstərdiyi xüsusi diqqət bütün dünya azərbaycanlıları tərəfindən yüksək qiymətləndirilir.

Mərasimin sonunda həmvətənlərimiz ulu öndər Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyub, xatirə şəkilləri çəkdiriblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM