Alternative content

08:00 26 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təhsil nazirinin müavini Abşeronda gənc müəllimlərlə görüşüb
Təhsil nazirinin müavini Abşeronda gənc müəllimlərlə görüşüb
ANA SƏHİFƏ / Mədəniyyət
22:54 13.12.2019

Dekabrın 13-də Təhsil nazirinin müavini Firudin Qurbanov Abşeron Rayon Mədəniyyət Mərkəzində gənc müəllimlərlə görüşüb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən görüşdə Abşeron, Şuşa və Zəngilan rayon ümumtəhsil məktəblərində fəaliyyət göstərən 400-dən çox müəllim iştirak edib.

Tədbirdə F.Qurbanov müasir dövrdə müəllimdən tələb olunan keyfiyyətlər haqqında məlumat verib. Nazir müavini qeyd edib ki, müəllimin əsas vəzifələrindən biri şagirdə informasiyalardan düzgün istifadə etməyi öyrətməkdir. Müəllim təkcə fənni tədris etməməli, həmçinin şagirdin tənqidi düşüncəsi, təhlil bacarığını müəyyən etməlidir. Bundan əlavə, müəllimlər dərs zamanı şagirdlərin sağlamlığına da önəm verməlidirlər.

Nazir müavini təhsil sahəsində həyata keçirilən tədbirlərdən, əldə olunan nailiyyətlərdən də bəhs edib.

Sonra fikir mübadiləsi aparılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM