13 Dekabr 2019 22:42
504
SİYASƏT
A- A+

Elmira Axundova: Heydər Əliyev bir ümmandır və mən onun haqqında yazılarımı ömür boyu davam etdirəcəyəm


Heydər Əliyev bir ümmandır və mən onun haqqında yazılarımı ömür boyu davam etdirəcəyəm. Hazırda "Zərifə və Heydər Əliyevlər. Əbədi sevgi” kitabının əlyazması yazı masamın üstündədir. Ümid edirəm ki, çox maraqlı kitab alınacaq və biz onu gələn il burada təqdim edəcəyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Heydər Əliyev. Şəxsiyyət və zaman” roman-tədqiqatının Moskvada keçirilən təqdimat mərasimində kitabın müəllifi, Xalq yazıçısı Elmira Axundova jurnalistlərə bildirib.

O qeyd edib ki, "Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabının birinci nəşri 2017-ci ildə dərc edilib. Həmin üçcildlik Rusiyada çox uğurla yayıldı. Biz belə qərara gəldik ki, daha mükəmməl, nəfis tərtib edilmiş ikinci nəşri oxuculara təqdim edək.

Xalq yazıçısı xatırladıb ki, ulu öndər Heydər Əliyev haqqında yeddicildlik nəşrin dördüncü cildi də Moskvada təqdim olunub. Həmin əsərlər ingilis, türk, macar, tacik və rus dillərinə tərcümə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video