13 Dekabr 2019 22:11
504
CƏMİYYƏT
A- A+

Kürdəmir: pambıq əkini sahələri azalsa da, məhsul istehsalı iki dəfəyə yaxın artıb


Payızın son günlərində hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, Kürdəmir pambıqçıları ağır zəhmət bahasına yetişdirdikləri məhsulu son qozasınadək yığmaq əzmindədirlər. Cari mövsümdə 2809 hektarda "ağ qızıl” yetişdirən pambıqçılar indiyədək 6408,4 ton məhsul toplayıblar və hazırda məhsul yığımı davam edir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu günlərdə pambıq yığımı əsasən "P- Aqro” MMC-nin Xırdapay, Qarasu, Şilyan, Muradxan və bir sıra digər ərazi dairələrində yetişdirdiyi sahələrdən yığılır. Bu sahələr 1800 hektar ərazini əhatə edir.

Rayonda pambıq əkini sahələri ötən ildəkinə nisbətən 2221 hektar azalsa da, məhsul istehsalı iki dəfəyə yaxın artıb. Hər hektardan indiyədək 22,8 sentner "ağ qızıl” götürülüb. Halbuki ötən il bu göstərici 13,44 sentner olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video