Alternative content

19:50 05 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
19:34 05.08.2020 Beyrut - fəlakət zonası
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanda möhtəşəm inkişaf bütün sahələri əhatə edir
Azərbaycanda möhtəşəm inkişaf bütün sahələri əhatə edir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:14 13.12.2019


Həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət, siyasi sabitlik, investisiya imkanlarının geniş olması Azərbaycanı dünyanın sayılıb-seçilən ölkələri sırasına çıxarıb. Üstəlik, zəngin enerji ehtiyatları, əlverişli coğrafi mövqe ölkəmizə beynəlxalq əhəmiyyətli layihələr həyata keçirməyə imkan verib.

1994-cü ildə bir sıra dünya səviyyəli şirkətlərlə imzalanmış möhtəşəm neft sazişi - "Əsrin müqaviləsi” ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bir çox beynəlxalq, regional təşkilatlarla, dünya ölkələri ilə uzunmüddətli dostluq və əməkdaşlıq üçün möhkəm təməl yarandı.

Ərazisinin 20 faizinin işğal olunması, regiondakı kataklizmlər Azərbaycanın davamlı inkişafına mane ola bilmədi. 1990-cı illərin ortalarında əldə edilmiş siyasi sabitlikdən sonra ölkə davamlı iqtisadi islahatlara və iqtisadiyyatın şaxələndirilməsinə önəm verərək neft-qaz və qeyri-neft-qaz sektorlarının inkişafına nail oldu.

Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının inam və uğurla həyata keçirilməsi ölkənin qəddini düzəltdi. Qısa müddətdə nəhəng layihələr gerçəkləşdi, tamamilə yeni neft-qaz infrastrukturu quruldu.

"Əsrin müqaviləsi” imzalanandan cəmi üç il sonra layihə çərçivəsində ilkin neft əldə olundu. Çox keçmədən Ulu Öndərin və dünyanın müxtəlif yerlərindən gəlmiş mötəbər qonaqların iştirakı ilə üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin təməli qoyuldu.

"Şahdəniz” kəşf olundu, böyük perspektivə malik bu qaz-kondensat yatağının işlənməsinə qərar verildi.

Prezident İlham Əliyev Ümummilli Liderin bütün sahələrdə müəyyənləşdirdiyi yolu davam etdirərək, sözügedən layihələri müvəffəqiyyətlə başa çatdırdı. Möhkəm bünövrə üzərində yeni-yeni layihələrin həyata keçirilməsi ideyası gerçəkləşdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu layihələrin təşəbbüsçüsü və lideri kimi çıxış etdi.

BTC-dən sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu çəkildi. Azərbaycan eləcə də dünyanın mühüm nəqliyyat layihələrinin iştirakçısı oldu, nəticədə "Şərq-Qərb”, "Şimal-Cənub” marşrutu üzrə önəmli qovşağa çevrildi. Ölkəmiz Xəzərin sahillərindən Adriatik dənizinin sahillərinədək 3500 kilometrlik qaz dəhlizi açdı.

Hətta dünyada baş verən maliyyə böhranı Azərbaycan iqtisadiyyatının inkişaf tempinə təsir edə bilmədi. Xam neftin qiymətlərində müşahidə edilən dalğalanma ilə bağlı çağırışlara cavab olaraq Azərbaycan dövləti strateji islahatlar üçün yeni hədəflər, ölkənin gələcək dayanıqlı inkişafına töhfə vermək üçün yeni inkişaf modeli müəyyənləşdirdi. Təsadüfi deyil ki, Azərbaycan Dünya Bankının "Doing Business” hesabatında 2015-ci ildəki 80-ci yerdən 2019-cu ildə 25-ci yerə qədər irəliləyib dünyanın ən yaxşı islahatçı ölkələri sırasına daxil oldu.

Başqa sözlə, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi, müasir dövrün tələblərinə uyğun olaraq Prezident İlham Əliyevin müəllifliyi və rəhbərliyi ilə reallaşdırılan yeni inkişaf modeli Azərbaycanın hərtərəfli tərəqqisini təmin edib.

Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra atdığı ən mühüm addımlardan biri həyata keçirdiyi torpaq islahatıdır. Belə ki, kəndli öz torpağının sahibi oldu, əkib-becərməkdə, qazanc əldə etməkdə sərbəstlik qazandı. Prezident İlham Əliyev bütün bunların davamı və inkişafı üçün Azərbaycan kəndinə yeni həyat bəxş etdi.

Regionların sosial-iqtisadi inkişafına yönəldilən, 2004-2008-ci, 2009-2013-cü və 2014-2018-ci illəri əhatə edən üç dövlət proqramı çərçivəsində ölkədə genişmiqyaslı və çoxşaxəli işlər görülüb. Rayonlarda iqtisadi inkişaf, ərzaq təhlükəsizliyi, yeni iş yerləri, kortəbii miqrasiyanın qarşısının alınması, yəni insanların öz yurd-yuvasında bərqərar olması, turizmin genişlənməsi bu qəbildəndir.

Neft-qaz sektorundan əldə olunan gəlirlər digər sahələrin inkişafına təkan verir. Nəticədə insanların həyat şəraiti, rifahı da yüksəlir. Dövlət başçısının neft kapitalını insan kapitalına çevirməsi öndə vətəndaşın maraqlarının dayandığını sübut edir.

Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev demişdir: "Bu ilin yanvar ayında regionların sosial-iqtisadi inkişafına dair IV Dövlət Proqramı qəbul edilmişdir. Bu da çox önəmli hadisədir. III Dövlət Proqramı uğurla və artıqlaması ilə icra edilmişdir. Üç proqramın icrası nəticəsində ölkəmizdə bir çox önəmli məsələlər öz həllini tapıb, o cümlədən sosial infrastruktur sahəsində 3200-dən çox məktəb tikilib və təmir edilib. Bizdə məktəb fondu təqribən 5000-ə yaxındır. Onların böyük hissəsi yenidən qurulub və bu proses davam etdirilir. 640-dan çox tibb müəssisəsi tikilib və yenidən qurulub”.

Bütün sahələrdə infrastruktur layihələri həyata keçirilib. Vaxtilə insanları ən çox narahat edən məsələlərdən biri qazın olmaması idi. İndi qazlaşdırılmayan cəmi 3-4 faiz yaşayış məntəqəsi qalıb.

Elektrik enerjisi sarıdan heç bir problem yoxdur. Azərbaycan indi işıqla nəinki əhalini, sosial, istehsal, xidmət təyinatlı obyektləri təmin edir, onu xaricə də ixrac edir.

15 min kilometrdən çox avtomobil yolu bölgələrdə həyatın canlanmasına səbəb olan əsas amillərdən biridir. Bu həm də turizmin inkişafına təkan verir. İldən-ilə daha yüksək göstəricilər əldə edən aqrar sektor üçün də yolların əhəmiyyəti böyükdür.

Ölkənin sənaye xəritəsində iri müəssisələrin sayı ildən-ilə çoxalır. Bu, Azərbaycanın sənaye istehsalı sahəsində böyük işlər görməyə qadir olduğunu göstərir. Eləcə də ölkə iqtisadiyyatına sərmayə qoymaq istəyənlərin sayı artır. Həm də investisiyalar inkişafın ilk mərhələlərində olduğu kimi, təkcə neft sektoruna deyil, iqtisadiyyatın digər sahələrinə də yönəldilir.

Bütün bunların bir əsaslı səbəbi də xalq-iqtidar birliyi, insanların dövlətin siyasətinə rəğbəti, inamıdır. Prezident İlham Əliyevin dediyi kimi: "Əminəm ki, qarşıda duran bütün vəzifələr uğurla icra ediləcək. Tam əminlik var. Ölkə uğurla inkişaf edir. Ölkəmizdə sabitlik təmin olunur. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Siyasətimizə göstərilən dəstək bizi gücləndirir. Əlbəttə ki, biz daha inamla irəliyə, nikbinliklə gələcəyə baxırıq. Çünki ölkənin qarşısında duran bütün vəzifələr icra edilir”.

Flora SADIQLI,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM