Alternative content

15:10 21 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əbədiyaşarlıq və tükənməz xalq məhəbbəti
Əbədiyaşarlıq və tükənməz xalq məhəbbəti
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:11 13.12.2019


Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabandakı ziyarətgahı bu il də bunun şahidinə çevrildi


...Talelərə yazılan sərt sınaqlardan əzmlə çıxaraq xalqın sevimlisinə çevrilmək asan deyil, bunu təkrarlanan tarix dəfələrlə təsdiqləyib. Bu, şərəf, həm də çoxlarına nəsib olmayan xoşbəxtlikdir. İctimai-siyasi fəaliyyəti və bütövlükdə mənalı həyatı örnəyə çevrilən Ulu Öndər Heydər Əliyevin də məhz belə şəxsiyyət kimi tanınmasını, dühası qarşısında baş endirilməsini şərtləndirən səbəb və amillər kifayət qədərdir.

Xalqının tarixində və taleyində günəş kimi parlayan Ümummilli Lider Heydər Əliyevin həyat yolu, ömrü, fəaliyyəti barədə nə qədər söz açılsa, kitablar yazılsa da, onun hər dəfə yeni bir müsbət keyfiyyəti, vətənə sevgisi üzə çıxır.

...2003-cü ilin soyuq dekabr günlərində paytaxt Bakı sükut, qüssə və kədərə bürünmüşdü. O zaman hüznlü baxışlardan, kədər və qəhərdən yağan göz yaşları yanaqları yandırırdı. Dünən, dekabrın 12-də isə Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edənlərin çöhrəsində özgə bir qürur da vardı. Bunun səbəbləri az deyildi. Ən əsası isə odur ki, Ulu Öndərin memarı olduğu müasir Azərbaycan nəinki Cənubi Qafqazda, hətta, inkişafına görə dünyanın aparıcı dövlətlərinin arasında ön sırada olduğunu təsdiqləyir.

Ziyarətə gələnlərin arasında bu dəfə gənclərin daha çoxluq təşkil etməsi də səbəbsiz deyildi. İlin bütün fəsillərində təravətli gül-çiçəyə bələnmiş Ulu Öndərin müqəddəs ziyarətgahı yerləşən Fəxri xiyaban yenə də insan axınına, xüsusən də gəncliyə darlıq edirdi.

Ümumxalq məhəbbətin şahidinə çevrilənlərin arasında əcnəbilər də az deyildi. İstər ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, istərsə də xaricdən Azərbaycanın füsunkar təbiətinin gözəlliyini görməyə gələnlər də ziyarətçilərin arasında idilər. Yaşından və vəzifəsindən asılı olmayaraq, ölkənin yüz minlərlə vətəndaşı (nəinki paytaxt sakinləri, respublikamızın ayrı-ayrı bölgələrindən ziyarətə gələnlərin ardı-arası kəsilmirdi) Ulu Öndərə sonsuz məhəbbətini ifadə etmək üçün Fəxri xiyabana üz tutmuşdu...

"Heydər Əliyev nadir, unikal, seçilən, dünya siyasətinə təsir etmək gücündə olan lider idi”. Bu fikirləri bildirən "İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin sədri Araz Əhmədov yoldaşları Seymur və Mahirə Kazımlılar, Qubad Tarverdiyev, Aqil Fərəcov və digər gənclərin fikirlərini ümumiləşdirib onu da qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev tək bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü demiş nadir siyasətçilərdən idi: "Ölkənin ən ağır günlərində bütün çətinliklərə, daxili və xarici çəkişmələrə baxmayaraq, Ulu Öndər müstəqil dövlətimizi xilas etdi, qurdu və gücləndirdi. Ümummilli Lider bəlkə də hər kəsdən daha çox internatda yaşayan uşaqların hamisi kimi sevildi. Dəqiq yadımdadır: hər bayram gününü, demək olar ki, o, bizimlə keçirərdi. Bizi internatdan götürüb Əl Oyunları Sarayına aparardılar. Hər dəfə sağında və solunda uşaq evində böyüyən uşaqları oturdardı. Böyük şəxsiyyət valideynini itirmiş və onların himayəsindən məhrum olmuş uşaqlara xüsusi diqqət ayırardı. Buna nümunə kimi 1999-cu ildə bizim kimi uşaqların sosial şəraitinin yaxşılaşdırılması və tam hüquqlu vətəndaş olaraq yetişməyimiz üçün qanunlar qəbul etməsini göstərmək olar. Bu gün həmin qanunlar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə həyata keçirilir. Biz internat və uşaq evi məzunları da Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiram və hörmətlə anırıq...”

"Şəhid Övladları və Kimsəsiz Uşaqlara Yardım” İctimai Birliyinin sədri Pərişan Musazadə "Ulu Öndərin həyat və fəaliyyətinə nəzər salanda fəxrlə danışır və qürur hissi keçiririk”, - deyir. Əlavə edir ki, hələ gənclik illərindən fəal ictimaiyyətçi olan, öz həmyaşıdlarından fərqlənən Heydər Əliyev zamanın qalibi kimi tarixə imza atmaq yolu ilə irəliləyib: "Çoxlarının sona kimi gedə bilmədiyi bu çətin və şərəfli yol dövləti və xalqı xoş, işıqlı sabahlarına apardı. Bu yolla addımlayarkən Ulu Öndər mübarizliyinə, əyilməzliyinə, əzmkarlığına güvəndi! İstər birinci, istərsə də ikinci dəfə hakimiyyətdə olduğu dövrlərdə əsl xalq və millət, Vətən övladı və dövlət xadimi olduğunu işıqlı əməlləri, fədakar fəaliyyəti ilə təsdiq etdi. Ulu Öndərin yalnız özünəxas cəsarəti, möhkəm iradəsi, əsl liderə məxsus bacarığı Azərbaycanın bugünkü inkişafına səbəb olub...”

İxtisasca həkim Selcan Səlimbəylinin fikirləri qısa və konkretdir: "Ümummilli Liderin dövlətçiliyin möhkəmləndirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, dünyaya səpələnmiş soydaşlarımızın birliyinin yaradılmasına çalışması heç də təsadüfi deyildi. Bunlardan ən vacibi isə dünyanın aparıcı dövlətlərinin strateji maraqlarını Azərbaycanın mənafeyi istiqamətində birləşdirməyə nail olması idi. Ulu Öndər bunu da öz iradəsi və siyasi təfəkkürü ilə bacardı. Bu gün Prezident İlham Əliyev həmin siyasəti çox uğurla davam etdirir. İnanırıq ki, bizi müvəqqəti işğal altında qalan doğma yurdlarımıza da məhz cənab Prezidentin məqsədyönlü siyasəti qaytaracaq. Onun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı mübarizə, əzmkarlıq nümunəsi bunu söyləməyə əsas verir”.

Həmsöhbətimiz Rəna Mirzəyeva Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ulu Öndərə əbədi ehtiramının sübutu olan "Son mənzil, son məkan” şeirindən bəzi misraları kövrək hisslərlə söyləyir və əlavə edir ki, azad, müstəqil ölkənin vətəndaşları olması məhz Ulu Öndərin davam etdirilən siyasəti ilə mümkünləşib. Xüsusən gənclər fəxr edir ki, xalqımızın belə bir dahi şəxsiyyəti var: "Dünya xalqları da Ümummilli Liderimizin şəxsiyyətinə dərin ehtiram göstərir. Burada gördüyümüz izdiham isə dahi öndərin bu gün də milyonların qəlbində yaşamasının sübutudur. Gələcək nəsillər tarixi şəxsiyyətimizin həyat və fəaliyyətini özlərinə daim örnək biləcəklər”.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəallarından olan Əsmər Nəbiyeva isə dedi ki, Azərbaycan xalqının xoş və firavan həyatına ömrünü həsr edən Ümummilli Lider Heydər Əliyevin bəşəri şəxsiyyət olması yeni tariximizin bütün səhifələrində özünü təsdiqləyir: "Dövlətimizin gənclər siyasəti bu gün çox uğurla və məqsədyönlü şəkildə həyata keçirilir. Azərbaycan gənci elmi və intellektual dünyagörüşü ilə həmyaşıdları arasında seçilir. Dünyanın ən aparıcı ali təhsil ocaqlarında elmin müasir nailiyyətlərini öyrənən gənclik gələcəyin kadrlarıdır. Bu potensiala diqqət yetirən dövlət başçımızla fəxr duyuruq. Həm də ona görə ki, o, öz ətrafında yüz minlərlə vətənpərvər gənci birləşdirən Yeni Azərbaycan Partiyasının lideridir. Biz gənclər Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla və məqsədyönlü şəkildə davam etdirən liderimiz - Azərbaycan Prezidenti ilə Vətənimizi daha da inkişaf etdirəcəyik. Bu uğurlar həm də erməni təcavüzünə məruz qalmış torpaqlarımızın azad olunmasında vacib faktorlardan biridir. Bunu düşmən tərəfin gəncliyi də artıq etiraf etmək məcburiyyətindədir. 2003-cü il dekabrın 12-də Azərbaycan xalqı ağır itki ilə üzləşdi. Ümummilli Lider Heydər Əliyev kimi tarixi şəxsiyyətini itirən xalqımızın həmin ərəfədə keçirdiyi kədər böyük idi. Lakin bu, uzun sürmədi. Ulu Öndər özü qədər inandığı siyasi varisini sevimli xalqına və müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin bu günü və sabahını etibarlı əllərə tapşırıb gedirdi. Məhz bu baxımdan nigarançılığa əsas yox idi.

Bir məsələni də xatırladım. Azərbaycan gəncliyini tutduğu yoldan heç bir siyasi ambisiyalı vəzifə hərisləri çəkindirə bilməz. Bu gün müxalifət adı altında ölkədə gəncliyi güdaza vermək istəyənlər unutmasınlar ki, onların ətrafındakılarda vətənsevərlik yoxdur. Bilməlidirlər ki, Azərbaycanımızın bugünkü inkişafını görməyi bacarmayanları xalq qəbul etmir!”

Öz əməli, xilaskarlıq missiyası ilə tarixdə silinməz izlər qoymuş şəxsiyyətlər azdır. Amma hər xalqın, millətin təkamül tarixində belə şəxsiyyətlər olub. Kifayət qədər mürəkkəb və keşməkeşli bir dönəmdə xalqının köməyinə yetən Ulu Öndər Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz izlər qoydu. Onun titanik fəaliyyəti nəticəsində Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrilir. Başqa xalqların, millətlərin əsrlərlə əldə etdiyini Azərbaycan xalqı bir neçə ilə gerçəkləşdirdi”.

Ə.Paşayev adına Sabunçu rayon mədəniyyət evinin direktoru Kərim Kərimov, Nərimanov rayonundakı 39 nömrəli tam orta məktəbin ibtidai siniflər üzrə metodbirləşmənin sədri, şəhid bacısı Sədaqət Məlikova, həmin təhsil ocağının müəllimlərindən Sevinc Paşayeva, Zülfiyyə Həsənova, Sevər Orucova, Təranə Abdullayeva, Qumru Orucova, həmçinin Astara rayon Pensər kənd 2 nömrəli liseyin direktor müavini Elmir Kərimov və digərləri dünən müstəqil dövlətimizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin müqəddəs məzarını ziyarət edənlərin arasında idilər. Bəli, ziyarətçilər belə qüdrətli dövlətin banisi olduğu üçün Ümummilli Liderlə daim fəxr edəcəklərini bildirir, Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə, respublikamızın inkişafında bundan sonra da əzmkarlıq nümayiş etdirəcəklərini əminliklə söyləyirdilər.

İctimai-siyasi fəaliyyətini, daha doğrusu, mənalı ömrünün bir qərinədən artıq dövrünü xalqımızın və müstəqil dövlətimizin inkişafına həsr edən, bu yolda misilsiz xidmətlər göstərən Heydər Əliyev zamanın tarixini yaradan və yaşadan, onun fövqündə dayanmağı bacaran, dövlət idarəçiliyini kamil bilən fenomen şəxsiyyət kimi yaddaşlara yazılıb.

Məhəmməd NƏRİMANOĞLU,

Fərman BAĞIROV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM