Alternative content

16:16 21 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Tədris və tədqiqat imkanlarının gücləndirilməsinə dəstək” layihəsi yekunlaşıb
“Tədris və tədqiqat imkanlarının gücləndirilməsinə dəstək” layihəsi yekunlaşıb
ANA SƏHİFƏ / Təhsil
01:08 13.12.2019


Dekabrın 12-də ADA Universitetində Avropa İttifaqının maliyyə dəstəyi, "GOPA” Konsaltinq şirkəti, Almaniya Akademik Mübadilə Xidməti (DAAD), "Mastrixt” İdarəetmə Universiteti (MSM) və Boloniya Universitetinin (UNIBO) tərəfdaşlığı ilə həyata keçirilən "Tədris və tədqiqat imkanlarının gücləndirilməsinə dəstək” layihəsinin bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan ADA Universitetinin prorektoru Fariz İsmayılzadə layihə haqqında məlumat verib. O, layihənin universitetdə icra olunmasının əhəmiyyətindən bəhs edib.

Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas bildirib ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında təhsil sistemi prioritet istiqamət hesab edilir. O qeyd edib ki, Avropa İttifaqından ümumi dəyəri 2,2 milyon avroya yaxın texniki dəstək qazanan bu layihəyə 2017-ci ilin aprel ayında start verilib. Layihə fəaliyyətini dörd istiqamət üzrə - ADA Universitetində Avropa İttifaqı Məsələləri üzrə Bilik Mərkəzinin (CEEUS) dayanıqlığına nail olunması, tədris metodlarının, formatlarının və əlaqədar xidmətlərin təkmilləşdirilməsi, tədqiqat potensialının inkişafı və ictimai iştirakın və təbliğatın genişləndirilməsini təşkil etməyi qarşısına məqsəd qoymuşdu. Səfir vurğulayıb ki, layihənin 30 aylıq icrası müddətində bu istiqamətdə xeyli iş görülüb, mühüm nəticələr əldə olunub.

ADA Universitetinin tədris işləri üzrə prorektoru Vəfa Kazdal diqqətə çatdırıb ki, layihə universitetin gələcək inkişafına öz müsbət təsirini göstərəcək.

"GOPA” Konsaltinq şirkətinin nümayəndəsi Simone Goncalves təmsil etdiyi şirkətin Azərbaycanda fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.

Layihəni icra edən komandanın rəhbəri Georq Simet layihə çərçivəsində görülən işlərdən danışıb. O məlumat verib ki, layihə çərçivəsində təlimlər keçirilib, 23 regiona 12 səfər təşkil edilib. ADA Universitetinin Avropa tədqiqat sahəsinə və tədqiqat və inkişaf proqramlarına inteqrasiyasının genişləndirilməsi, "Erasmus+”, "Jean Monnet” qrant proqramlarına təqdim olunması üçün tədqiqat planı və strategiyalarının inkişaf etdirilməsi, Avropa Tədqiqatları üzrə magistr üçün modul planının hazırlanması, rəqəmsal pedaqogika və e-təhsilin "Blackboard” - rəqəmsal və onlayn təlim və öyrənmə proqramı vasitəsilə hərtərəfli öyrənilməsi, ADA Universitetinin MBA proqramının beynəlxalq akkreditasiya üçün hazırlanmasının asanlaşdırılması istiqamətində uğurlu nəticələr əldə olunub.

ADA Universitetində fəaliyyət göstərən Avropa İttifaqı Məsələləri üzrə Bilik Mərkəzinin direktoru Nərgiz İsmayılova, universitetin Biznes fakültəsinin dekanı Elkin Nurməmmədov, akademik idarəçilik və müəllimlərlə iş üzrə direktor Samirə Rəsulova, İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev, ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva layihə müddətində görülən işlər və əldə olunan nəticələr haqqında ətraflı məlumat veriblər.

Sonda çıxış edən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev layihənin reallaşmasında əməyi olanlara öz təşəkkürünü bildirib. Rektor uğurlu layihələrin davamlı olacağına əminliyini ifadə edib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM