Alternative content

19:55 28 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan və Latviya Xarici İşlər nazirlərinin görüşü olub
Azərbaycan və Latviya Xarici İşlər nazirlərinin görüşü olub
ANA SƏHİFƏ / SİYASƏT
01:04 13.12.2019


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Xarici İşlər naziri Edqars Rinkeviçs ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan və Latviya arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunuq ifadə olunub və inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüş zamanı tərəflər iqtisadi, ticarət, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib, eləcə də Azərbaycan Respublikası və Latviya Respublikası arasında tezliklə Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının iclasının keçirilməsi barədə razılıq əldə ediblər.

Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Latviya arasında ikitərəfli əsasda və bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində, eləcə də Avropa İttifaqı ilə səmərəli əməkdaşlığın olduğunu qeyd edərək ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, kənd təsərrüfatı və digər sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu bildirib.

Edqars Rinkeviçs iki ölkə arasında müxtəlif səviyyələrdə təmasların genişləndirilməsi və siyasi dialoqun davamlı şəkildə aparılması məqsədilə yüksəksəviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin son vəziyyəti barədə həmkarına məlumat verən nazir Elmar Məmmədyarov Latviyanın ikitərəfli və çoxtərəfli müstəvilərdə münaqişənin nizamlanması ilə bağlı ölkəmizin ədalətli mövqeyini dəstəkləməsinin yüksək qiymətləndirildiyini bildirib.

Edqars Rinkeviçs Latviyanın münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn prinsipləri, xüsusilə ərazi bütövlüyü və suverenlik əsasında həllini dəstəklədiyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra Azərbaycan və Latviya Xarici İşlər nazirlərinin mətbuat konfransı keçirilib.

Daha sonra hər iki nazirin rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə "Azadlıq” abidəsinin önündə əklilqoyma mərasimi keçirilib. Mərasimdə Latviya və Azərbaycanın himnləri səslənib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM