Alternative content

19:56 28 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tural GƏNCƏLİYEV: “Ermənistanın BMT Baş Assambleyasında Şahmat günü ilə bağlı sənəd yayması gülüncdür”
Tural GƏNCƏLİYEV: “Ermənistanın BMT Baş Assambleyasında Şahmat günü ilə bağlı sənəd yayması gülüncdür”
ANA SƏHİFƏ / SİYASƏT
01:03 13.12.2019


Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Ermənistanın BMT Baş Assambleyasına "Ümumdünya Şahmat Günü” adlı qətnamə layihəsi təqdim etməsi ilə bağlı bəyanat yayıb. AZƏRTAC bəyanatı təqdim edir.

"Məlum olduğu kimi, torpaqlarımızın 20 faizini işğal altında saxlayan Ermənistan BMT Baş Assambleyasına "İnkişaf və sülh üçün idman: idman və olimpiya məqsədli dinc və daha yaxşı bir dünya qurmaq” və "Sülh mədəniyyəti” adlı bəndlər altında "Ümumdünya Şahmat Günü” adlı qətnamə layihəsi təqdim edib. Qətnamə layihəsinin əsas qayəsi bəşəriyyəti sülhə, intellektual və mənəvi həmrəyliyə səsləməkdir.

Göründüyü kimi, Ermənistan bu dəfə də özünü dünyaya "sülhpərvər və həmrəylik tərəfdarı” cildində təqdim etməyə çalışır. Əslində, bu, Ermənistan hakimiyyətinin saxtakar, ali dəyərlər pərdəsi arxasında gizlənən riyakar, çirkin xislətindən xəbər verir.

Minlərlə soydaşımızın öldürülməsinə, yüzlərlə insanımızın erməni əsirliyində dəhşətli işgəncələr altında saxlanılmasına, torpaqlarımızın 20 faizinin işğal olunmasına, bir milyondan çox insanın öz yurdundan didərgin düşməsinə və etnik təmizlənməsinə səbəb olan Ermənistan hansı haqla sülh və həmrəylikdən danışır və şahmat oyununu öz çirkin məqsədinə vasitə etməyə çalışır?

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Qarabağ bölgəsində böyük şahmat ənənələri olub. Təkcə Kəlbəcər və Şuşa şahmat məktəblərində torpaqlarımız işğal olunmamışdan öncə minlərlə yeniyetmə bu zəka oyununun sirlərini öyrənirdilər. Mən də bu yeniyetmələrdən biri idim. Atamın Şuşa Şahmat Məktəbinin direktoru olması məndə şahmata olan həvəsi daha da artırmışdı. Mən dəfələrlə Dağlıq Qarabağda keçirilən şahmat turnirlərində iştirak etmişəm. Ən böyük arzum isə gələcəyin tanınmış şahmatçısı olmaq idi. Əminəm ki, torpaqlarımız işğal olunmasaydı, Qarabağ şahmat məktəblərinin yetirmələrinin adları dünyanın şahmat birinciləri ilə eyni sırada çəkiləcəkdi.

Ermənistanın hərbi təcavüzü nəticəsində Qarabağın digər ərazilərində olduğu kimi, Şuşa Şahmat Məktəbinin binası da dağıdılıb. Təkcə dağıdılmış insan həyatları deyil, gözəl ənənələri olan idman və mədəniyyət ocaqlarının məhvinə səbəb olan Ermənistanın ali dəyərlərdən danışması ikrah hissi oyadır. Doğurdanmı, Ermənistan hakimiyyəti dünya ictimaiyyətini aldatmağın bu qədər asan olduğunu düşünür?! BMT Təhlükəsizlik Şurası kimi nüfuzlu bir təşkilatın qətnamələrini heçə sayan Ermənistanın indi bu ali təşkilatda Şahmat günü ilə bağlı sənəd yayması gülünc deyilmi?

Dünya ictimaiyyəti işğalçı Ermənistanın əsl mahiyyətini tanımalı, sülh və həmrəylik kimi ali dəyərlərin bu ölkənin hakimiyyətində olanlara yad olduğunu başa düşməlidir.

Ermənistandan fərqli olaraq biz Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq bəyan edirik ki, öz doğma torpaqlarımıza qayıtdıqdan sonra Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində iki icmanın birlikdə ədalətli və daimi sülh şəraitində yaşaması şəraitində məhv edilmiş şahmat ənənələrini bərpa edəcəyik və dünya bunun şahidi olacaq”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM