Alternative content

20:15 05 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
19:34 05.08.2020 Beyrut - fəlakət zonası
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan-Rusiya İşgüzar Şurasının ümumi yığıncağında illik fəaliyyətin nəticələri və gələcək inkişaf üçün prioritetlər müzakirə edilib
Azərbaycan-Rusiya İşgüzar Şurasının ümumi yığıncağında illik fəaliyyətin nəticələri və gələcək inkişaf üçün prioritetlər müzakirə edilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:01 13.12.2019


Dekabrın 11-də İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə Azərbaycan-Rusiya İşgüzar Şurasının ümumi yığıncağı keçirilib.

Şuradan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə kənd təsərrüfatı, logistika, sənaye, turizm, maliyyə, tikinti və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən 100-dən çox üzv şirkətin rəhbəri iştirak edib.

İclasda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Rusiya İşgüzar Şurasının iki ölkənin iqtisadi-ticarət əlaqələrinin inkişafında rolunu vurğulayıb, Şuranın fəaliyyətinə hər cür dəstək göstəriləcəyini bildirib. İqtisadiyyat naziri sahibkarların biznes təşəbbüslərinin dəstəklənəcəyini, ixracın artırılması, strukturunun diversifikasiyası, mal çeşidinin və coğrafiyasının genişləndirilməsi üçün sistemli tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb, İşgüzar Şuranın üzvlərini İqtisadiyyat Nazirliyi ilə daha fəal əməkdaşlığa dəvət edib.

Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov bu təşəbbüsü fəal dəstəkləyib və bu formatın biznesin İqtisadiyyat Nazirliyi ilə effektiv əlaqə yaratmasına imkan verəcəyini vurğulayıb.

Səməd Qurbanov çıxışında il ərzində Şuranın ən əlamətdar tədbirləri, o cümlədən Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi ilə birgə həyata keçirilən Rusiya sənaye müəssisələrinin işgüzar missiyası, Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində təşkil olunan Rusiya-Azərbaycan işgüzar dialoqu, onuncu Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində İşgüzar şuraların geniştərkibli iclası, Hökumətlərarası Dövlət Komissiyasının iclasında iştirakı və s. barədə məlumat verib. O, ixtisaslaşmış komissiyaların fəaliyyətinin genişləndirilməsi istiqamətində İşgüzar Şuranın strukturunun gələcək inkişafını diqqətə çatdırıb. Yaxın gələcəkdə maliyyə və informasiya texnologiyaları sahəsində ixtisaslaşdırılmış komissiyaların yaradılacağını qeyd edib.

İclas zamanı komissiya sədrləri: "Turizm” - Anar Rəhmanov, "Qida məhsulları və kənd təsərrüfatı” - İsmayıl Orucov, "Logistika” - Natiq Heydərov, "Sertifikasiya və Gömrük prosedurları” - Namiq Tağıyev və şirkət rəhbərləri: "AS Group Investment” - Şahin Mövsümov, "As Prof Logistics” - Cahid Qurbanov çıxışlarında ixtisaslaşdırılmış fəaliyyət sahələrində təklif və təşəbbüslərini təqdim ediblər.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM