Alternative content

21:12 05 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
19:34 05.08.2020 Beyrut - fəlakət zonası
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Pambıqçılığın innovativ inkişafı sürətlənir
Pambıqçılığın innovativ inkişafı sürətlənir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:01 13.12.2019


Son illər ölkədə pambıqçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticələr verir, Azərbaycan bu sahədə əvvəlki şöhrətini qaytarır. İndi elə fermerlər var ki, hər hektardan sovetlər birliyi dövründəkindən çox məhsul toplayırlar.

Söz yox ki, bu nailiyyət daha məhsuldar pambıq sortlarının əkilməsi hesabınadır. İnnovativ texnologiyalara üstünlük verən pambıqçılar çəkdikləri zəhmətin əvəzində daha çox məhsul əldə etmək üçün alimlərə güvənir, onların bu sahədə əldə etdikləri nailiyyətləri təsərrüfatlarına tətbiq etmək istəyirlər. Bu günlər Azərbaycan Dövlət Aqrar Universitetində "Azərbaycanda pambıqçılığın innovativ inkişafı: nailiyyətlər, perspektivlər” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda da bu və ya digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Konfransda aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən biri olan pambıqçılığın inkişafının müasir səviyyəsi, bu istiqamətdə həyata keçirilən tədbirlərin səmərəliliyi, tətbiq edilən innovativ texnologiyaların müqayisəli qiymətləndirilməsi məsələləri müzakirə olunmuşdur.

Kənd Təsərrüfatı Nazirliyinin və onun struktur bölmələrinin əməkdaşlarının, müvafiq ali təhsil və elmi tədqiqat müəssisələrinin, habelə Özbəkistan və Türkiyə alimlərinin, eləcə də pambıq istehsalçılarının iştirakı ilə keçirilən elmi-praktik konfransda Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, pambıqçılığın inkişafının indiki vəziyyəti, universitetdə bu sahədə görülən işlər, mütəxəssis hazırlığı, aparılan elmi-tədqiqat işləri və Azərbaycan, Özbəkistan və Türkiyə alimlərinin əməkdaşlığının bundan sonra da genişləndirilməsinin əhəmiyyətindən danışmışdır.

Kənd Təsərrüfatı Nazirliyinin məsul işçisi Şöhrət Vəkilov, nazirliyin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyev, Daşkənd Dövlət Aqrar Universitetinin prorektoru Abduaziz Abduvasikov, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Türkiyədən olan nümayəndəsi Cemal Taluğ, ADAU-nun ümumi əkinçilik, genetika və seleksiya kafedrasının professoru Nizami Seyidəliyev, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Kazım Hüseynov və başqaları pambıqçılığın inkişafı istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən söz açmışlar.

Konfransda Saatlı rayonundakı "Az-Aqro” MMC-nin nümayəndəsi Nizami Məmmədov pambıq istehsalının artırılması yolları ilə bağlı təkliflərini bildirmişdir.

"John Deere” şirkətinin təşkil etdiyi pambıqyığan kombaynçı kursunu bitirən 10 tələbəyə sertifikatlar verilmiş, sonra iştirakçılar universitetin maddi-texniki bazası, laboratoriyaları, tədris-təcrübə təsərrüfatları və tikilməkdə olan yeni tədris binası ilə tanış olmuşlar. Konfrans işini bölmə iclaslarında davam etdirmişdir.

Sabir ƏLİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM