Alternative content

16:17 21 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi Azərbaycan hökumətinə təşəkkür edib
İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi Azərbaycan hökumətinə təşəkkür edib
ANA SƏHİFƏ / SİYASƏT
00:45 13.12.2019


İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin (İƏGF-ARM) İdarə Heyətinin iclası keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, İdarə Heyətinin sədri Elçin Əsgərovun (Azərbaycan), üzvləri Aygül Qabdrahmanovanın (Tatarıstan), Fsahat Ul-Hassanın (Pakistan), Vaciha Harisin (Rumıniya), İƏGF-ARM-nin Baş direktoru Elməddin Mehdiyevin və müşahidəçi qismində İƏT Gənclər Forumunun Baş direktoru Rasul Ömərovun iştirak etdikləri iclasda mərkəzin fəaliyyəti ilə bağlı gündəlikdə duran mühüm məsələlər müzakirə olunub. Son doqquz ildə forumun Avrasiya üzrə Regional Mərkəzinə evsahibliyinə, göstərilən mütəmadi və əhəmiyyətli dəstəyə görə Azərbaycan hökumətinə İdarə Heyətinin qərarı ilə minnətdarlıq ifadə edilib. Həmçinin 2004-cü il dekabrın 4-də İƏT Gənclər Forumunun Bakıda təsis edilməsinin 15 illiyi ilə əlaqədar qəbul olunan qərarla İƏT platformasında gənclik məsələlərinin institutlaşmasını təmin edən və gəncliyin inkişafını hədəfləyən bu forumun qurulmasında həlledici dəstəyinə və böyük töhfəsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə xüsusi təşəkkür ifadə olunub. İclasın iştirakçıları İƏGF-ARM ilə tərəfdaşlıq edən qurumlara, eləcə də 2019-cu ildə iki mühüm beynəlxalq tədbirin (5-ci Kazan İƏT Gənc Sahibkarlar Forumunun və 1-ci Beynəlxalq İƏT Modeli-Avrasiya) uğurla həyata keçirilməsində həmtəşkilatçı qismində iştirak edən Rusiya Federasiyası Tatarıstan Respublikasının hökumətinə minnətdarlıqlarını bildiriblər.

İclasda qurumun Baş direktoru Elməddin Mehdiyevin təqdim etdiyi, İƏGF-ARM-in cari ildəki fəaliyyətinə dair hesabat İdarə Heyəti tərəfindən qəbul olunub. Eyni zamanda, 2020-ci il üçün nəzərdə tutulan və təklif edilən layihə və proqramlar müzakirə edilib. İdarə Heyətinin növbəti iclasının 2020-ci ilin yanvar ayının son həftəsində Pakistanın paytaxtı İslamabadda keçirilməsi qərara alınıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM